Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-10-2025 , 20:18

1232

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

2025-ci il oktyabrın 20-də Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçılarının Prezident İlham Əliyevə müraciət qəbul edib. Müraciəti təqdim edirik:
“Biz - azad Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçilməsinin bəxtiyarlığı içərisindəyik.
Forumda yüzlərlə QHT təmsilçisi vahid platformada olduqca aktual mövzularda faydalı müzakirələr apardı, təcrübə, bilik mübadiləsi etdi, qənaətlərini bölüşdü.
Sizin QHT sektoruna diqqətinizdən irəli gələrək, genişlənən imkanların, yaradılan şəraitin nəticəsidir ki, artıq Azərbaycan QHT-ləri dünyaya açılıb, beynəlxalq təmsilçiliyini gücləndirib, regionda böyük nüfuz qazanıb.
Dünya əhalisinin 80%-nin yaşadığı Qlobal Cənub məkanında vətəndaş cəmiyyətlərinin yekdil rəyi ilə təsis edilmiş Qlobal Cənub QHT Platforması daimi mənzil qərargahı kimi Bakını müəyyən edib. Bu, qlobal müsəvidə Azərbaycan QHT-lərinə münasibətdə formalaşan yeni baxışın real nümunəsidir.
Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi, sürətlə dirçəlişi Sizin yürütdüyünüz siyasətin təntənəsi, tarixi bəhrəsidir. İşğaldan azad olunmuş ərazilərdə - 30 il müddətində viran qalmış yerlərdə qısa müddətdə 6 şəhər, 2 qəsəbə və 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb, proses sürətlə davam etdilir. Azərbaycan post-münaqişə bölgəsində şəhərsalma təcrübəsi ilə dünyada bənzərsiz nümunə, model yaradıb. Təsadüfi deyil ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası gələn il məhz Azərbaycanda keçiriləcək.
Azərbaycan QHT-ləri Ümumdünya Şəhərsalma Forumunda fəal iştiraka ciddi hazırlaşır. COP29-da əldə edilmiş təcrübə bu prosesdə QHT-lərə olduqca böyük fayda verir.
Bu gün süni intellekt və rəqəmsal həllər dövründə “rəqəmsal QHT” konsepsiyası tamamilə fərqli müstəvidə iş aparmağa, daha ciddi ölçüləbilən nəticələr əldə etməyə, səmərəliliyi xeyli yüksəltməyə şərait yaradır.
Cənab Prezident!
Biz Azərbaycanı qələbədən qələbəyə aparan siyasətinizi tam müdafiə edir, müharibənin qalibi və sülhün müəllifi kimi Sizin tarixi missiyanızı alqışlayırıq.
Bu ilin 8 avqustundakı Vaqinqton Zirvə Görüşü də sübut edir ki, “Konstitusiya və Suverenlik İli” Azərbaycan tarixinə yeni mərhələnin başlanğıcı kimi düşəcək.
Təkcə son 1 ayda 4 qlobal toplantıda - Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında, Kopenhagendə “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında, Azərbaycanın evsahibliyi ilə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə Görüşündə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Misirdə Yaxın Şərq Sülh Sammitində Sizin iştirakınız dünya miqyasında qazandığınız böyük nüfuzu, dərin hörməti, Azərbaycanın qlobal proseslərdə artan rolunu nümayiş etdirir.
Biz Sizinlə fəxr edirik!
Şəhidlərimizin qanı, veteranlarımızın şücaəti, xalqımızın birliyi, Sizin güclü liderliyiniz və dəmir yumruğunuz sayəsində əldə edilmiş ərazi bütövlüyü və suverenliyimizi göz bəbəyi kimi qorumaq ilk növbədə vətəndaşlıq borcu, milli şərəfimizdir.
Azərbaycan QHT-ləri bu yolda daim mübariz olacaq!”.
Forum iştirakçılarının dövlət başçısına müraciətini “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva oxuyub.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
146

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
156

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
130

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
351

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
191

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
357

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
556

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
352

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
654