Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-10-2024 , 22:13

589

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “İnteqrasiya bələdiyyənin yerli büdcəsinə əlavə vəsaitlərin cəlb edilməsi geniş imkanlar yaradır

 

“Yeni Suraxanı bələdiyyəsinin 2024-cü ilin 9 ayı ərzində yerli büdcəsinin gəlirləri ümumilikdə,  60.809 manat olmuşdur ki, ondan 3607 manat torpaq vergisi, 49.502 manat əmlak vergisi və 7700 manat dövlət büdcəsindən dotasiya təşkil etmişdir. Yerli büdcə gəlirləri vergi ödənişləri üzrə 35,0% icra olunmuşdur”- bu fikirləri Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsi sədrinin

vəzifəsini müvəqqəti icra edən    Fuad Rəhimov bildirib.

Sədrin sözlərinə görə, ötən dövrdə büdcə xərcləri isə 59.845 manat olmuşdur ki, ondan bələdiyyə qulluqçularının əmək haqlarının ödənilməsinə ümumilikdə, 38.047 manat, (o cümlədən, əmək haqqına əlavə mükafatın ödənilməsinə 4480 manat), DSMF-na (md.s.s haqqı, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları) 19.368 manat, maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması üçün audit xidmətləri haqqı üzrə  borcun ödənilməsinə 2000 manat, işçilərin icbari həyat sığorta haqqı üçün    93  manat  və digər xərclərə isə 337 manat vəsait xərclənmişdir.

 Sədr qeyd edib ki, uzunmüddətdir ki, bir çox hesablaşma hesabının DSMF-na olan sərəncam borcu ilə əlaqədar dondurulması bələdiyyənin fəaliyyətinə müəyyən məhdudiyyətlər yaradır. Belə ki, bələdiyyə büdcəsi yerli büdcə hesab olunduğu səbəbindən yerli vergi ödəyicisi kimi uçota alınmış vətəndaşlar tərəfindən büdcəyə maliyyə vəsaitinin hissə-hissə daxil olması, daxil olmuş vəsaitin isə hissəvi olaraq yalnız bələdiyyə qulluqçularının əmək haqqısına və ödənilmiş əmək haqqına nisbətdə DSMF-nun sərəncam borcuna silinməsi mümkün olur.

Bu da yerli büdcənin xərc istiqamətlərinin icra edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsindən daxil olmuş tövsiyə məktublarında bələdiyyənin yerli əhəmiyyətli məsələlərin həll edilməsi istiqamətində fəaliyyətini qeyri-mümkün etsə də, maksimum dərəcədə debitor-kreditor borclarının azaldılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən mülkiyyət sənədlərinin alınması ilə bağlı Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə (BAMS) inteqrasiya edilmiş yeni xidmətdən istifadə edərək hazırda maliyyə çətinliyi keçirdiyi dövrdə bələdiyyənin yerli büdcəsinə əlavə vəsaitlərin cəlb edilməsi və  sosial, iqtisadi-inkişaf məsələlərin həll edilməsi üçün geniş imkanlar yaradır. Debitor borcların ödənilməsi və bələdiyyə büdcəsinə əlavə gəlir mənbələrinin cəlb edilməsi məqsədi ilə qəsəbə üzrə yeni vergi ödəyicilərinin uçota alınması istiqamətində işlər uğurla davam etdirilir.

Sədr növbəti ilin büdcəsinin bələdiyyə komissiya iclasında müzakirə edildiyini və bələdiyyə iclasına müzakirəyə çıxarılmasını tövsiyə edib:

“Bələdiyyənin maliyyəsinin əsasları haqqında” Qanuna müvafiq olaraq  Yerli büdcə və iqtisadi inkişaf daimi komissiyası üzvləri, vergi şöbəsi və müfəttişləri tərəfindən bələdiyyənin növbəti  2025-ci il üçün büdcə layihəsi müzakirə edilərək, bələdiyyə üzvlərinin ümumi iclasında təsdiq olunması tövsiyə olunmuşdur. Növbəti ilin büdcə layihəsi bələdiyyə üzvlərinin 28 oktyabr 2024-cü il tarixli 26 saylı iclas qərarı ilə təsdiq edilmişdir.

Bələdiyyənin 2025-ci il üzrə  büdcə gəlirləri torpaq vergisi 31709 manat, əmlak vergisi 120391 manat, dövlət büdcəsindən dotasiya üzrə 8000 manat təsdiq olunmuşdur.

Büdcə xərcləri gəlincə isə əməyin ödənişi üzrə 80560,0 manat, təsərrüfat, kommunal-kommunikasiya xidmətləri üzrə 1500,0 manat, ”Yerli sosial müdafiə və təminat, sosial inkişaf proqramları”nın maliyyələşdirilməsi üçün xərclər 76500 manat, bələdiyyə yollarının saxlanması və cari təmiri üçün 35500 manat, abadlaşdırma işlərinin görülməsinə 31000 manat, digər xərclər üçün isə 1540 manat  maliyyə vəsaitinin xərclənməsi nəzərdə tutulmuşdur.

2025-ci il üçün nəzərdə tutulan  gəlirlər və xərclər növbəti il üçün bələdiyyəmizin fəaliyyətinin əsasını təşkil etməklə, bələdiyyənin öz fəaliyyətini həmin büdcəyə uyğun qurulması üçün nəzərdə tutulan vergilər üzrə daxilolmaların işinə Yerli büdcə və iqtisadi inkişaf daimi komissiyası və vergi şöbəsi tərəfindən ciddi nəzarət olunaraq,  büdcə xərclərinə bələdiyyənin mühasibatlığı tərəfindən nəzarət edilməli, maksimum dərəcədə kreditor borclarının  azaldılması üçün daxil olmuş vəsaiti qanunvericiliyə uyğun olaraq bölüşdürməli və ödənişi həyata keçirməsi tapşırılmışdır

Sədr sonda qeyd edib ki, növbəti büdcə ilində Yeni Suraxanı bələdiyyəsi maliyyə çətinliyi dövrünü geridə qoymaqla, yerli əhalinin sosial-iqtisadi, ekoloji və sairə yerli məslələrin həllində fəal iştirakı istiqamətində müsbətə doğru addımlar atmağa nail olacaqdır.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər