Elşad Vəliyev: “Növbəti ildə də bələdiyyə büdcəsinin əsas mahiyyəti onun sosial yönümlü olmasıdır”
“Bələdiyyələrin
fəaliyyətinin səmərəliliyinin ən əsas tələblərindən biri seçicilərinin, yerli əhalinin onlara
inamının olmasıdır.”- bu fikirləri Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev
bildirib.
Sədrin
sözlərinə görə, bu gün yerli əhəmiyyətli problemlərin həllinə dəstək olmaq, vətəndaşların
sosial qayğıları ilə məşğul olmaq bələdiyyələrin əsas vəzifələrindən biridir.
Xətai
bələdiyyəsi olaraq bizdə seçkili orqan olaraq yerli əhali qarşısında məsuliyyət
daşıyır və onlar bu etimadını doğrultmaq üçün ciddi addımlar atırıq.
Xətai
RİH-in təşəbbüsü ilə şəhid və qazi ailələrinə mütəmadi olaraq maddi və mənəvi dəstəyin göstərilməsi, şəhidlərin
əziz xatirəsinə həsr olunan park və bağlarda əsaslı təmir işlərinin aparılması,
onlarən əziz xatirəsinə barelyef və abidənin ucaldıması məhz Xətai bələdiyyəsinin
təşkilatçılığı ilə həyata keçirilməkdədir. Qeyd olunmalıdır ki, hazırda Xətai
rayonunda bələdiyyə-icra münasibətləri nümunə
gətirilə biləcək səviyyədədir.
Bu
gün işlərin, layihələrin daha geniş səviyyədə həyata keçirilməsi üçün bələdiyyənin
vergi xidməti ciddi şəkildə çalışır. İnanırıq ki, ötən ildə olduğu kimi bu ildə
də Xətai bələdiyyəsi büdcə gəlirlərinin səviyyəsinə görə birincilər sırasında
olacaqdır.
Hazırda
vergi xidməti sakinlər arasında vergilərin ödənilməsi ilə bağlı maarifləndirici
görüşlərin keçirilməsini davam etdirir. Carı ildə belə görüşlərin sayı yüzdən
artıq olub. Bu baxımdam yerli özünüidarəetmədə
şəffaflığın təmin edilməsi olduqca mühüm məsələdir. Şəffaflıq sadəcə seçicilər
qarşısında hesabat verməklə bitmir və bələdiyyənin fəaliyyətinin bu prinsipə
uyğun təşkil edilməsini də əhatə edir.
Cari
ildə büdcə gəlirlərinin artımında, sözsüz ki, BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin
məlumat sisteminə qoşulmasını hesab etmək olar. Məhz bu inteqrasiya hesabına bələdiyyə
büdcəsində cari ildə 25 faizdək artım müaşhidə olunub.
Artıq
növbəti il üçün bələdiyyə büdcəsi ilkin müzakirəyə çıxarılıb. Növbəti ildə də bələdiyyə büdcəsinin əsas mahiyyəti onun sosial
yönümlü olmasıdır.
Belediyye.info
Rəylər
0 Rəy