Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-10-2024 , 09:59

441

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev: “Növbəti ildə də bələdiyyə büdcəsinin əsas mahiyyəti onun sosial yönümlü olmasıdır”

“Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin ən əsas tələblərindən  biri seçicilərinin, yerli əhalinin onlara inamının olmasıdır.”- bu fikirləri Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev bildirib.

Sədrin sözlərinə görə, bu gün yerli əhəmiyyətli problemlərin həllinə dəstək olmaq, vətəndaşların sosial qayğıları ilə məşğul olmaq bələdiyyələrin əsas vəzifələrindən biridir.

Xətai bələdiyyəsi olaraq bizdə seçkili orqan olaraq yerli əhali qarşısında məsuliyyət daşıyır və onlar bu etimadını doğrultmaq üçün ciddi addımlar atırıq.

Xətai RİH-in təşəbbüsü ilə şəhid və qazi ailələrinə mütəmadi olaraq  maddi və mənəvi dəstəyin göstərilməsi, şəhidlərin əziz xatirəsinə həsr olunan park və bağlarda əsaslı təmir işlərinin aparılması, onlarən əziz xatirəsinə barelyef və abidənin ucaldıması məhz Xətai bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilməkdədir. Qeyd olunmalıdır ki, hazırda Xətai rayonunda  bələdiyyə-icra münasibətləri nümunə gətirilə biləcək səviyyədədir.

Bu gün işlərin, layihələrin daha geniş səviyyədə həyata keçirilməsi üçün bələdiyyənin vergi xidməti ciddi şəkildə çalışır. İnanırıq ki, ötən ildə olduğu kimi bu ildə də Xətai bələdiyyəsi büdcə gəlirlərinin səviyyəsinə görə birincilər sırasında olacaqdır.

Hazırda vergi xidməti sakinlər arasında vergilərin ödənilməsi ilə bağlı maarifləndirici görüşlərin keçirilməsini davam etdirir. Carı ildə belə görüşlərin sayı yüzdən artıq olub.  Bu baxımdam yerli özünüidarəetmədə şəffaflığın təmin edilməsi olduqca mühüm məsələdir. Şəffaflıq sadəcə seçicilər qarşısında hesabat verməklə bitmir və bələdiyyənin fəaliyyətinin bu prinsipə uyğun təşkil edilməsini də əhatə edir.

Cari ildə büdcə gəlirlərinin artımında, sözsüz  ki, BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə qoşulmasını hesab etmək olar. Məhz bu inteqrasiya hesabına bələdiyyə büdcəsində cari ildə 25 faizdək artım müaşhidə olunub.   

Artıq növbəti il üçün bələdiyyə büdcəsi ilkin müzakirəyə çıxarılıb. Növbəti ildə də  bələdiyyə büdcəsinin əsas mahiyyəti onun sosial yönümlü olmasıdır.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər