Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-10-2024 , 17:21

586

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Hacı Əliyev:  “Paytaxtın mərkəz rayonunun bələdiyyəsi olaraq məsliyyətimiz  daha artıqdır”


Səbail bələdiyyəsində şəhid və qazi ailələrinin iştirakıyla bələdiyyələrin 25 illiyinə həsr olunan ictimai dinləmə keçirilib. İctimai dinləmədə əsasən bələdiyyənin son beş ildəki fəaliyyətində şəhid və qazi ailələrinə göstərilən diqqətin səviyyəsi müzakirə mövzusu olub.

Görüşdə  Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev, şəhid anası  Mehriban Əmrahova, şəhid anası Gültəkin Qənbərova, şəhid atası  Xanlar Qənbərov, şəhid anası İpək İsmayılova, şəhid ailəsi Cəmilə Hüseynova, qazi Hafiz Həmidov və Səyavuş Aslanov, bələdiyyənin üzv və qulluqçuları, habelə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri, Belediyye.info saytının təsisçisi Vüqar Tofiqli   iştirak edib.

Tədbiri giriş sözü ilə açan Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev rəhbərlik etdiyi bələdiyyənin 25 il ərzində keçdiyi yola nəzər salaraq əldə olunan uğurlara, habelə şəhid, qazi və aztəminatlı ailələrə göstərilən diqqətə toxunub.

Sədr bildirib ki, paytaxtın mərkəzi rayonunun  bələdiyyəsi olaraq məsuliyyətimiz daha artıqdır. Ölkə başçısı cənab İlham Əliyevin bizim bələdiyyə üzvlərinə səs verməsi məsuliyyətimizi  daha da artırır. Son beş il ərzində fəaliyyətimizdə məhz bu məsuliyyəti dərk etdiyimizdən əvvəlki illərlə müqayisədə işimizi daha yüksək səviyyədə qurmağa çalışmışıq. Son beş il ərzində büdcə gəlirlərimizi 2.5 dəfəyədək artıraraq bir milyon manatlıq həddi keçə bilmişik. Artıq paytaxtda  büdcə gəliri bir milyonluq həddi keçən beş bələdiyyədən biri də Səbail bələdiyyəsidir. Üstəlik illər üzrə bələdiyyə tərəfindən keçirilən  layihələrin həm məzmunu, həm keyfiyyəti, həm də  həcmi iki dəfəyədək artıb. Cari ilin doqquz ayı ərzində büdcə gəlirlərimizi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 dəfəyədək artıra bilmişik.  

Səbail bələdiyyəsində bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılması üçün mütəmadi olaraq proqramlar qəbul edilir, layihələr icra olunur və bu istiqamətdə gerçəkləşdirilən bütün məsələlər xüsusi olaraq diqqətdə saxlanılır.

Səbail bələdiyyəsinin son 5 illik fəaliyyətinə nəzər yetirsək bələdiyyənin illik xərclərinin 10 faizini bu həssas məsələyə ayrıldığını aydın görmək mümkündür. Bu gün  2020-2024-cü illər ərzində Səbail bələdiyyəsi tərəfindən 1-ci Qarabağ müharibəsinin şəhid olan 15 nəfərə,  2-ci Qarabağ müharibəsində şəhid olan 11 rayon sakininə, o cümlədən 20 yanvar şəhidi Larisa  Məmmədovanın xatirələrinin əbədiləşdirilməsi üçün barelyeflər və xatirə lövhələri hazırlanaraq quraşdırılmış və ətrafları abadlaşdırılmışdır. 

Sədr bildirib ki, bu istiqamətdə görülən işləri bələdiyyənin müqəddəs bir vəzifəsi hesab edirik.

Belə bir tədbirə dəvət edildiyinə görə təşəkkürünü bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri, Belediyye.info saytının təsisçisi Vüqar Tofiqli  ölkə bələdiyyələrinin ötən 25 ildəki fəaliyyətinə qısa bir nəzər salaraq dövlətin bu qurumların inkişafına maraqlı olduğunu və bu məqsədlə istər qanunvericilik baxımından, istərsə də normativ-hüquqi sənədlərin hazırlandığı qeyd edib.

Son illərdə Azərbaycan Bələdiyyələrinin Milli Asosiasiyasının fəaliyyətində aktivliyin hiss edilməsi, “Bələdiyyələrin onlayn xidmət” mərkəzi tərəfindən BAMS prorqamının təkmilləşdirilməsi, habelə bu proramın Adminstrasiyanın müvafiq sektorunun dəstəyi ilə Əmlak məsələləri Dövlət Xidmətinin məlumat bazasına inteqrasiya edilməsi nəticə etibariylə bələdiyyə büdcəsinin 20 faizədək artımına səbəb olub.

Hazırda bələdiyyələrin birləşdirilməsi ilə bağlı atılan addımlarda bələdiyyə sisteminin inkişafına yönələn daha bir addım hesab edilməlidir.

Ümumi prosesdə Səbail bələdiyyəsinin xüsusi çəkisinin əvvəlki illərlə müqayisədə xeyli artdığını qeyd edən Vüqar Tofiqli bələdiyyədə yaranmış işgüzar mühitin bələdiyyə üzv və qulluqçularının fəaliyyətinə  əlavə bir stimul verdiyinin bildirib.

Əvvəlki illərdə seçicilər arasında yaranmış neqativ fikirləri Səbail bələdiyyəsi artıq son beş ildəki fəaliyyətiylə tamam aradan qaldıra bilib. İnanmaq istərdik ki, Səabil bələdiyyəsi növbəti illərdə də bu uğurları davam etdirərək daha böyük nailiyyətlərə imza atacaqdır.

Təbdirdə çıxış edən şəhid və qazi ailələri birmənalı olaraq Səbail rayonunda bələdiyyə-icra münasibətlərinin yüksək səviyyədə qurulduğunu, hər zaman hər iki qurumun rəsmilərinin onların daim yanında olduğunu bildiriblər.

Çıxış edənlər Səbail bələdiyyəsinin üzv və qulluqçuları mütəmadi olaraq şəhid və qazi ailələrini ziyarət etdiklərini, onların problemləri ilə yaxından maraqlandıqlarını, xalqımızın milli bayramlarında, anım və əlamətdar günlərdə onlara maddi və ərzaq yardımları təqdim olunduğunu, habelə onların müraciətlərinə əsasən evlərin təmir edildyini, habelə  yaşadıqları küçələrə  asfalt örtükləri çəkildiyini qeyd ediblər.

Çıxış edən şəhid və qazi ailələri Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev başda olmaqla bələdiyyənin fəaliyyətindən razılıqlarını bildiriblər. Bu gün rayonda şəhid və qazilərlərin istər RİH, istərsə də bələdiyyə tərəfindən göstərilən diqqət və qayğının təcrübəsi yayıla biləcək bir səviyyədə olduğunu bildiriblər.

Bir sözlə, Səbail bələdiyyəsi tərəfindən şəhid ailələrinin  sosial müdafiəsinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşımaqdadır.

İctimai dinləmə sonunda xatirə şəkli çəkilib.

Belediyye.info