Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-01-2025 , 20:57

1430

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bakı
- +

Əgər seçilərəmsə....


 

Dünyada demokratik idarəçiliyin əsas atributlarından sayılan bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yaşayan sakinlər tərəfindən yerli seçkilər əsasında formalaşdırılan kollegial özünüidarəetmə formasıdır.

Azərbaycanda bələdiyyə insitutunun təsis edilməsi və bələdiyyələrin fəaliyyətini tənzimləyən hüquqi bazanın formalaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.Ulu Öndərin müəllifi olduğu  və 12 noyabr 1995-ci il tarixində keçirilən ümumxalq səsverməsi-referendum nəticəsində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında bələdiyyələrin hüquq və vəzifələri təsbit edilmişdir.

Heydər Əliyevin müstəqillik dövründə ölkəmizə rəhbərliyi zamanı yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirən “Bələdiyyələrin statusu haqqında” ,” Bələdiyyənin nümunəvi nizamnaməsinin  təsdiq edilməsi haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” , ”Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” ,ümumilikdə 22 qanun qəbul olunmuş, bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi ilə bağlı 200-dən artıq normativ hüquqi akt qüvvəyə minmiş, Azərbaycan Respublikasının Prezidentinin Sərancamı ilə Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə iş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi (hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi) yaradılmışdır.

1999-cu il dekabrın 12-də ölkəmizdə ilk bələdiyyə seçkiləri keçirilmişdir. Heydər Əliyev bu seçkilərlə bağlı xalqa müraciətində demişdir: “Biz Azərbaycanda qeyri-dövlət, tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın  inkişafı deməkdir, eyni zamanda,ölkəni  idarə etməklə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir.

Ulu Öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının çoxşaxəli islahatlar kursunun mühüm tərkib hissəsi kimi həyata keçirilən ardıcıl tədbirlər bələdiyyə insitutunun təkmilləşdirilməsinə də öz töhfəsini verməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ildə imzaladığı “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun bələdiyyələrin fəaliyyətinin təkmilləşməsinə, yerli özünüidarəetmənin səmərəliliyinin yüksəldilməsinə, nəticə etibarilə, əhaliyə xidmətlərin keyfiyyətinin artırılmasına hədəflənmişdir.

Bütün vətəndaşların yüksək sosial rifahının təmin edilməsi prioritetinə uyğun olaraq yerlərdə resursları səfərbər etməklə iqtisadi dəyər yaradan mənbələrin hərəkətə gətirilməsi qarşıda duran başlıca vəzifələrdəndir. Yüksək həyat standartlarını formalaşdırmaq üçün yerli özünüidarəetmə orqanlarının mövcud imkanlardan səmərəli istifadə etməsi, o cümlədən dövlət-özəl təşəbbüskarlığı zəncirinə qoşulması, istehsal və xidmət sahələrinin qurulması, ailə-kəndli təsərrüfatının , fərdi sahibkarlığın inkişafına dəstək verməsi aktual çağırışlar sırasındadır.

Milli prioritetlərimizdən biri də Böyük Qayıdışın təmin edilməsidir ki, hazırda müvafiq Dövlət Propqramı çərçivəsində ərazilərin minalardan təmizlənməsi , ekoloji vəziyyətin yaxşılaşdırılması, iqtisadi fəaliyyətin bərpası və digər istiqamətlərdə ardıcıl tədbirlər görülür. Azərbaycan dövlətinin öz iqtisadi gücü hesabına, müasir texnologiya və innovasiyalardan istifadə etməklə həyata keçirdiyi nəhəng bərpa –quruculuq işləri, o cümlədən yol-nəqliyyat,enerji təminatı və digər infrastruktur layihələrinin reallaşdırılması keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasına, dayanıqlı məskunlaşmanın və müasir standartlara uyğun yüksək keyfiyyətli həyat şəraitinin təmin olunmasına əlverişli zəmin yaratmaqla bərabər, sosialyönümlüiqtisadiyyatın inkişafı baxımından da olduqca əhəmiyyətlidir.

İndiyə qədər işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma konsepsiyaları əsasında onlarla yaşayış məntəqəsinin təməli qoyulmuş və artıq bir sıra şəhər, kənd və qəsəbələrdə 10 min nəfərə yaxın keçmiş məcburi köçkünün daimi yaşayışı təmin edilmişdir.

Əhalinin tam məskunlaşmasından sonra işğaldan azad edilmiş ərazilərdə də yerli özünüidarəetmə orqanları formalaşdırılacaq və gələcəkdə bələdiyyələrin səmərəli və məqsədyönlü fəaliyyətinin təmini Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafına və ölkə iqtisadiyyatına reinteqrasiyasına mühüm töhfə verməklə yanaşı, vətəndaşların yerli özünüidarəetmədə fəal iştirakının təşviqinə də öz müsbət təsirini göstərəcəkdir.

Bələdiyyələr ərazinin sosial-iqtisadi potensialından istifadə etməklə müvafiq bölgənin inkişafını və əhalinin rifahını yüksəltmək imkanlarına malikdir.Yerli mərhələdə bir sıra Dövlət proqramları çərçivəsində bələdiyyələrin öz ərazilərində sahibkarlıq üçün münbit şərait yaratması, öz xidmət sahələrini, bələdiyyə müəssisələrini, təsərrüfat subyektlərini təşkil etməsi, turizm sektorunu əhatə edən layihələr icra etməsi nəzərdə tutulur ki, bu da region iqtisadiyyatının dinamik inkişafına dəstək kimi olduqca əhəmiyyətlidir. Bütün bunlar  yeni iş yerlərinin açılması, əhalinin rifahının yüksəldilməsi, iqtisasdiyyatın şaxələndirilməsi , ixracyönümlü məhsulların istehsalının artırılması, bütövlükdə, bölgələrin sosial-iqtisadi inkişafına təkan verəcəkdir. Eyni zamanda, regionlarda bələdiyyələrin iştirakçılığı ilə ekoloji təmiz texnologiyaların tətbiqi və mövcud resurslardan istifadə etməklə  “yaşıl layihə”lərin icrası da olduqca önəmli vəzifələrdəndir.

Zirə Bələdiyyəsi tərfindən 2019-cu ildə təsis edilmiş 152 nömrəli marşrut  avtobusu fəaliyyətə başlamış və 15 nəfərə qədər qəsəbə sakini işlə təmin olunmuşdur. Marşrutun fəaliyyətdə olduğu dövrdə hər il əlamətdar  yəni  Ramazan, Qurban , 8 Mart bayram günlərində sərnişinlərə pulsuz fəaliyyət göstərilmişdir. Həmçinin 9 Noyabr , Bayraq bayramı günlərində kiçik azyaşlı sərnişinlərimizə bayraqlar da paylanılmışdır. Bu illər ərzində Qurban bayramında 1050 ailəyə qurbanlıq payı ehsan edilmiş , 200-ə yaxın imkansız ailəyə isə ərzaq yardımı olunmuşdur.

Qəbirstanlıqda asfalt örtüyü, kamera və işıqlandırma sistemi  quraşdırılmış,kölgəlik inşa edilmişdir. 600-dən çox qızılgül kolları və ağaclar əkilmişdir. 15 küçə cari təmir olunmuş, 2 dayanacaq inşa edilmişdir. Qəsəbə ərazisində də  100-lərlə şam , zeytun və gül kolları əkilmişdir. Magistarl yol boyu ağaclar mütəmadi olaraq əhənglənmiş , bardurlar rənglənərək abadlıq işləri görülmüşdür.

170-dən yuxarı Zirə qəsəbə sakinlərinə maddi yardımlar edilmiş, Şəhid adlarının əbədləşdirilməsi və uca tutulması məqsədi ilə 3 Şəhid bulağı inşa olunmuş, onların adlarına verilən küçələrə tablolar vurulmuşdur.

Bu illər ərzində Azərbaycan Uşaq Fonduna Maliyyə dəstəyi olunmuşdur.

28.03.2024-cü il tarixində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Zirə bələdiyyəsinin inzibati binasında səyyar açıq qapı günü keçirilmiş. Bu görüşdə sakinlər fəal iştirak edərək və onları maraqlandıran suallar Mərkəzin nümayəndələri tərəfindən cavablandırılmışdır.

Sosial-iqtisadi, ictimai-siyasi ekoloji problemlərin həlli, həmçinin gender bərabərliyinin və ailə qadın uşaq problemlərinin təminatı üçün təşkil olunmuş tədbirlərdə Zirə bələdiyyəsinin nümayəndələri də iştirak etmişdir.

Xüsusi ilə vurğulamaq istərdim ki,  29 yanvar 2025-ci il tarixində yenidən keçirələcək bələdiyyə seçkilərinə namizədliyimiz  Yeni Azərbaycan Partiyasının  Xəzər Rayon təşkilatı tərəfindən verilmişdir. Əgər seçilərəmsə bu qürurverici addımı  doğrultmaq üçün mən və Zirə bələdiyyəsinin kollektivi daim sakinlərin rifahı üçün yeni layihələrin həyata keçirilməsinə, ictimai siyasi problemlərin həlli üçün yenidən əlimizdən gələni əsirgəməyəciyimizə söz veririk.

Anar Hüseynli

Xəzər rayonu Zirə bələdiyyəsinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

ABMA- da görüş keçirilib

Bakı
07-04-2025
630