Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-01-2025 , 21:40

97

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bu şəhər bələdiyyəsinin üzvlüyünə namizədlərin seçicilərlə görüşü keçirilib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şirvan şəhəri Şirvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin M.Ə.Rəsulzadə küçəsi, T.İsmayılov küçəsi və Naxçıvan küçəsində  yaşayan seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov ümumxalq partiyası olan YAP-ın zəngin və şərəfli inkişaf tarixinə malik olduğunu deyib. O söyləyib ki, partiya yarandığı gündən xalqın etimadını doğruldub və keçirilən bütün seçkilərdə inamlı qələbələr qazanıb. Əminliklə vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir.

Bələdiyyə üzvlüyünə namizədlər Kürdoğlu Muradov ,  Samirə Abışova, Akif Saqiyev, Sevinc Alışova, Aytac Əliyeva, Sərraf Əzimov və İlham Səfərov  bələdiyyə seçkilərində əldə ediləcək nəticələrin YAP-ın gücünün növbəti ifadəsi olacağını deyiblər.

Seçicilər də bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.






Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər