Birləşdirməyə düşən bələdiyyə hesabatını təqdim edir
Xəzər rayonu Şağan Bələdiyyəsinin ünvanına 2024-cü il ərzində müxtəlif dövlət orqanları, qurumlar, təşkilatlar, vətəndaşlar tərəfindən ümumilikdə 134 məktub daxil olmuşdur.
Şağan Bələdiyyəsi adından 2024-cü ildə müxtəlif dövlət orqanları, qurumlar, təşkilatlar, vətəndaşlara ümumilikdə 221 ədəd məktub göndərilmişdir.
2024-cü il
ərzində vətəndaşlar tərəfindən Şağan Bələdiyyəsinə
160 ədəd (müxtəlif mövzulu: bələdiyyədə
vergi ödəyicisi kimi qeydiyyata alınma, müvafiq orqanlara arayış təqdim etmə,
şikayət), bələdiyyə qulluqçuları tərəfindən isə 12 ədəd ( məzuniyyət, işə daxil
olma, işdən azad olma ilə bağlı ) ərizə daxil olmuşdur. Ərizələr əsasında
edilən müxtəlif səpkili müraciətlərə vaxtında “Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında Azərbaycan
Respublikası Qanununa müvafiq olaraq, müəyyən edilmiş qaydada, səlahiyyətlərimiz
çərçivəsində baxılaraq lazımı tədbirlər görülmüşdür.
Qəsəbə sakinləri tərəfindən edilmiş müraciətlər əsasında
vətəndaşlara 33 ədəd arayış verilmişdir.
2024-cü
il ərzində Şağan Bələdiyyəsində 45 ədəd inzibati akt tərtib edilmişdir.
2024-cü ildə bələdiyyə rəhbərliyi tərəfindən 34 ədəd
daxili əmr imzalanmışdır.
Şağan
Bələdiyyəsində bələdiyyə üzvlərinin
2024-cü il ərzində
32 iclası keçirilib. Keçirilən
iclaslarda müzakirəyə bir
sıra məsələlər çıxarılıb və müzakirə mövzusu olan məsələlər
barədə fikir mübadiləsi edilərək, təkliflər irəli sürülüb, qərarlar qəbul
edilmişdir. Bələdiyyə tərəfindən bələdiyyə üzvlərinin qəbul etdiyi müvafiq qərarlar qanunauyğun olaraq, inzibati nəzarət qaydasında baxılması üçün Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş baş idarəsinə
göndərilmişdir. Bələdiyyələrlə iş baş idarəsi tərəfindən göndərilən tövsiyə məktubları və metodik vəsaitlər bələdiyyənin işinin təşkilində nəzərə alınmışdır. Bələdiyyə qulluqçuları və
bələdiyyə üzvləri Bələdiyyələrlə iş baş idarəsinin əməkdaşları tərəfindən
keçirilən maarifləndirici seminar-müşavirələrdə iştirak edərək fəaliyyətlərində
əhəmiyyətli olan biliklərə yiyələnmişlər.
Şağan Bələdiyyəsi
tərəfindən 44 günlük II Qarabağ müharibəsində həyatını
itirmiş şəhidlərimizin dəfn olunduqları ərazidə
2023-cü ildə başlanılan abadlıq işləri 2024-cü ildə davam etdirilmişdir. Şəhid
abidələrinin qarşı hissəsində gediş-gəlişin rahatlaşdırılması məqsədi ilə
meydança yaradılmış, meydançanın ətraf ərazidən ayrılması üçün kənarlardan səki
daşları düzülmüşdür. Şəhid abidələrinin qarşısındakı meydançada asfalt-beton
örtüyünün salınması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
“Bakı 8 №li Yol İstismarı” MMC arasında
müqavilə bağlanılmış və görülən işin müqabilində Şağan Bələdiyyəsinin
büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Bakı 8 №li Yol İstismarı”
MMC-nin Hesablaşma hesabına elektron qaimə əsasında 1652 manat məbləğində
maliyyə vəsaiti ödənilmişdir.
Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi “Bakı 8 №li Yol İstismarı” MMC və Şağan Bələdiyyəsi
arasında bağlanılan növbəti müqavilə əsasında I Qarabağ şəhidi Gözəlov Füzuli
Vasib oğlunun ailəsinin yaşadığı Şağan qəsəbəsi,
Qazmaçılar küçəsi, ev 40 ünvanında yerləşən
dalanın asfalt-beton örtüyü təmir edilmişdir. Görülən işin müqabiləndə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
“Bakı 8 №li Yol İstismarı” MMC-nin Hesablaşma hesabına 3422 manat məbləğində
maliyyə vəsaiti ödənilmişdir.
Novruz
bayramı münasibəti ilə keçirilmiş tədbirlərdə lazım olan ləvazimatların (baner
çap, montaj, yelkən bayraq) hazırlanmasına görə “Yağmur Reklam” MMC və Şağan Bələdiyyəsi
arasında müqavilə bağlanılmış, görülən işin müqabilində həmin şirkətin
Hesablaşma hesabına 545 manat 16 qəpik məbləğində maliyyə vəsaiti ödənilmişdir.
Şağan Bələdiyyəsinin
fəaliyyətə başladığı gündən Azərbaycan Respublikası Milli Arxiv İdarəsində
fondunun olmadığını nəzərə alaraq bələdiyyədə mövcud olan sənədlərin təhvil
verilməsi məqdədi ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında İdarə
Sənədlərini Qaydaya Salan Mərkəz arasında müqavilə bağlanılmışdır. Bağlanılan
müqavilə əsasında Şağan Bələdiyyəsinin fəaliyyətə başladığı müddətdən 2016-ci
ili əhatə edən dövrə qədər olan sənədlər təhvil verilmiş və Azərbaycan
Respublikası Milli Arxiv İdarəsində bələdiyyənin fondu yaradılmışdır. Görülən
işin müqabilində Şağan Bələdiyyəsinin büdcəsindən Azərbaycan Respublikası Milli
Arxiv İdarəsi yanında İdarə Sənədlərini Qaydaya Salan Mərkəzin Hesablaşma
hesabına elektron qaiməyə əsasən 595 manat 30 qəpik məbləğində maliyyə vəsaiti
ayrılmışdır.
Şağan Bələdiyyəsində
istifadə olunan dəftərxana ləvazimatlarının alınması, sifariş edilməsi üçün
Şağan Bələdiyyəsi ilə “İNCİ GROUP OF COMPNİES” QSC-i və “Tərəqqi” MMC arasında müqavilə
bağlanılmışdır. Alınmış dəftərxana ləvazimatları üçün Şağan Bələdiyyəsinin büdcəsindən
elekron qaimə əsasında “İNCİ GROUP OF COMPNİES” QSC-nin Hesablaşma hesabına 103
manat 60 qəpik, “Tərəqqi” MMC-nin Hesablaşma hesabına 84 manat 96 qəpik məbləğində
maliyyə vəsaiti ödənilmişdir.
“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” Azərbaycan Respublikasının 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa
dair beş milli prioritetindən biridir. Dövlətimizin ekoloji siyasətinin əsas
istiqamətini ekoloji təhlükəsizliyin təmin
olunması, ətraf mühitin çirklənməsinin qarşısının alınması, təbii sərvətlərdən
səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanma, sağlam ətraf
mühitdə yaşamaq prinsipi təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev 25 dekabr 2023-cü il tarixində imzaladığı Sərancam ilə 2024-cü ili
ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik
ili” elan edilmişdir. Bu Sərəncamdan irəli gələrək Şağan Bələdiyyəsi tərəfindən
Şağan qəsəbəsinin girişində yol kənarında yerləşən yaşıllıq zolağında ağac,
dekorativ gül və kolların əkilməsi məqsədi ilə “AZ GRAFT CONSTRUCTİON” MMC arasında müqavilə bağlanmış və görülən işin
müqabilində həmin şirkətin Hesablaşma hesabına 1839 manat 38 qəpik məbləğində
maliyyə vəsaiti köçürülmüşdür.
Şağan bələdiyyəsində
Maliyyə Hesabatlarının Audit xidmətlərinin göstərilməsi məqsədi ilə “T.A.T GLOBAL
AUDİT” MMC ilə müqavilə
bağlanılmışdır. Auditor xidməti
müqabilində 2021-2022-ci illər
üzrə 1770 manat; 2023-cü il üzrə
göstərilən xidmət haqqına görə 1652 manat məbləğində maliyyə vəsaiti “T.A.T GLOBAL AUDİT” MMC-nin Hesablaşma
hesabına elektron qaimə əsasında ödənilmişdir.
Şağan qəsəbəsi
ərazisində abadlıq işləri çərçivəsində mövcud məişət tullantıları məntəqələrində
əlavə konteynerlərin yerləşdirilməsi üçün genişləndirmə və bərpa işlərinin
aparılması məqsədi ilə Şağan bələdiyyəsi və fiziki şəxs Məmmədbəyli Həbib Taleh
oğlu arasında müqavilə bağlanılmış və
görülən işin müqabilində elektron qaimə əsasında Şağan bələdiyyəsinin büdcəsindən 1108 manat məbləğində
maliyyə vəsaiti köçürülmüşdür.
Şağan bələdiyyəsinin
inzibati binasında elektrik xətlərinin yenilənməsi, giriş qapısının yenisi ilə əvəz
edilərək yerinin dəyişdirilməsi, yeni qoyulan qapının çöl hissəsində səkinin
tikilməsi, tamet daşlarla örtülməsi və Bakı Mərdəkan avtomagistralının kənarında
“Şağan” sözünün təmir bərpa işlərinin görülməsi məqsədi ilə “Azeri Trading
Enterprise” MMC arasında müqavilə bağlanılmışdır. Görülən abadlıq işlərinin
müqabilində Şağan bələdiyyəsinin büdcəsindən “Azeri Trading Enterprise”
MMC-nin Hesablaşma hesabına 4865 manat
50 qəpik məbləğində maliyyə vəsaiti köçürülmüşdür.
Şağan Bələdiyyəsinin inzibati binasına zəruri ləvazimatın:
zebra jalüz pərdə alınması məqsədi ilə “JP GROUP” MMC arasınada müqavilə
bağlanılmışdır.
Şağan Bələdiyyəsinin büdcəsindən “JP GROUP” MMC-nin
Hesablaşma hesabına sifarişin müqabilində
elektron qaimə əsasında 668 manat məbləğində maliyyə vəsaiti köçürülmüşdür.
Şağan qəsəbəsi
ərazisində mövcud olan bir çox küçələrdə
küçə adlarının olmaması və bununla əlaqədar sakinlər tərəfindən bələdiyyə
edilən şifahi müraciətləri nəzərə alaraq sifariş üçün “Yağmur Reklam” MMC ilə Şağan Bələdiyyəsi arasında
bağlanılmış müqaviləyə əsasən elektron
qaimə əsasında 265 manat 50 qəpik məbləğində
maliyyə vəsaiti ödənilmişdir.
Qəsəbə ərazisində
yaşıllıqların artırılması, bələdiyyənin inzibati binasında qış mövsümündə
dayanıqlı istilik sisteminin təmin olunmasının təşkil edilməsi, bələdiyyə
binasının daxili və xraici fasad hissələrində cari təmir işlərinin aparılması məqsədi
ilə növbəti dəfə “Azeri Trading Enterprise” MMC arasında müqavilə
bağlanılmışdır. Görüləcək işin müqabilində Şağan bələdiyyəsinin büdcəsindən
“Azeri Trading Enterprise” MMC-nin
Hesablaşma hesabına 3806 manat 92 qəpik məbləğində maliyyə vəsaiti
köçürülmüşdür.
Şağan Bələdiyyəsinin 2024- cü
il üzrə gəlirləri.
Yerli büdcənin gəlirləri 69462 manat;
1.Vergilərdən daxilolmalar
o cümlədən: 63462 manat;
Fiziki şəxslərdən torpaq vergisi 10711
manat;
Fiziki şəxslərdən əmlak vergisi 52751 manat;
2.
Vergi olmayan gəlirlər
o cümlədən: 6000 manat;
Azərbaycan Respublikasının dövlət büdcəsindən
verilən vəsait 6000 manat;
o cümlədən: dotasiya 6000 manat;
Şağan Bələdiyyəsinin 2024- cü
il üzrə xərcləri.
Şağan Bələdiyyəsinin 2024-cü il ərzində
büdcə xərcləri ümumilikdə 71111 manat təşkil etmişdir.
1. Yerli
özünüidarəetmə orqnlarının saxlama xərcləri 49406
manat;
o cümlədən:
Əməyin ödənişi 38609 manat;
- Əməkhaqqına
28845 manat;
- Əməkhaqqına
üstəlik (məcburi dövlət sosial sığorta,
işsizlikdən sığorta,
icbari tibbi sığorta haqları) 9764 manat;
Malların alınması və xidmətlərin haqqının ödənilməsi
10797 manat;
Təsərrüfat məqsədləri üçün malların,
invertar və avadanlıqların dəftərxana
ləvazimatı, yanacaq sürtkü materiallarının
alınması 7234 manat;
Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi
3563 manat;
2. Yerli
sosial müdafiə və təminat, sosial inkşaf
proqramlarının
maliyələşdirilməsi üçün xərclər 21705 manat;
Sosial yardımlar 3448 manat;
Abadlaşdırma 18257 manat;
Büdcə ilin sonuna qalıq vəsaitin məbləği 1924
manat olmuşdur.
Şağan Bələdiyyəsinin büdcəsindən Quliyev İsmayıl Hüseyn oğluna, Məmmədova İradə Asim qızına, Cəlalov Ramil Rəşid oğluna, Dadaşzadə Etiram Bəxtiyar oğluna, Abdullayev Zakir Zahid oğluna, Adıgözəlov İlyas Mehdiqulu oğluna, Pənahov Rəşad Bilal oğluna, Nuriyev Alxas Nəzir oğluna, Cəlalova Rühəngiz Eldar qızına, Qafarova Şəlalə Fazil qızına, Məmmədov İlkin Cəfər oğluna, Abdullayev Zahid Zakir oğluna, Cəlalova Bilqeis Əfraz qızına, Dadaşov Bəxtiyar Dadaş oğluna, Məmmədbəyova Güldanə Fəxrəddin qızına, Zülfüqarova Zeynəb Rəhim qızına, Rəhimov Niyaz Arif oğluna, Əliyev Etibar Mirzə oğluna, Abdullayev Şirbala Beydulla oğluna, Əliyev Məmməd Rövşən oğluna bələdiyyəyə etdikləri müraciət əsasında maddi yardım göstərilmişdir.
Sevinc Atayeva
Xəzər rayonu Şağan bələdiyyəsinin sədri
Rəylər
0 Rəy