Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-01-2025 , 00:50

854

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Hacı Əliyev:  “Bələdiyyə seckilərinin ən qaynar vaxtı olsa da vətəndaşları dinləmək bələdiyyəmizin əsas vəzifəsi hesab edirik”

 

“Bələdiyyə seckilərinin ən qaynar vaxtı olsa da vətəndaşları dinləmək, onları narahat edən məsələrlə bağlı addım atmaq hazırda fəaliyyətdə olan Səbail bələdiyyəsinin əsas vəzifəsi hesab edirik”- bu fikirləri Səbail bələdiyyəsinin sədri Hacı Əliyev bildirib. 

Sədr qeyd edib ki, bu günlərdə Səbail bələdiyyəsinin inzibati binasında vətəndaşlarla qəbul keçirilmişdir. Qəbulda sakinlər, həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, təmir, maddi yardım edilməsi və digər sosial problemlərlə bağlı müraciət etmişlər. Səbail bələdiyyəsinin tərəfindən vətəndaşların qaldırdıqları bütün məsələlərin  həlli ilə bağlı əlaqədar müvafiq addımlar atılmış və onların həlli nəzarətə götürülmüşdür.

Bununla yanaşı məhz vətəndaş müraciətləri əsasında paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Səbail rayonu ərazisində də məhəllə, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, asfaltlaşması istiqamətində işlər uğurla davam etdirilir. Səbail rayonu, Salyan yolu 22 kücəsində Səbail bələdiyyəsi tərəfindən aparılan abadlıq işləri yekunlaşdırılmışdır. Ərazidə müasir tələblərə cavab verən söhbətgah quraşdırılmışdır.

Sakinlərin coxsaylı müraciətlərini nəzərə alarag məhəllədaxili abadlıq-quruculuq mərhələli şəkildə davam etdiriləcəkdir.

Belediyye.info