Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-01-2025 , 21:09

1958

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bu gün əsas fəaliyyət  istiqamətimiz...

Xocasən qəsəbəsi Binəqədi rayonunun qədim və ərazi baxımından ən böyük yaşayış məntəqələrindəndir. Qəsəbənin rəsmi qeydiyyatda olan əhaslinin 22 min nəfərə yaxın olsa da, qeyri-rəsmi 50 min nəfərdən artıqdır. 

Xocasən kəndi 26 feval 1936-ci ildə kənd inzibati ərazi vahidi statusu, Milli Məclisin 5 oktyabr 1999-cu il tarixli Qərarı ilə isə qəsəbə mərkəz olmaqla Xocəsən qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır. Şəhər tipli qəsəbə inkişafına görə kənddən yüksək,  şəhərdən isə aşağı səviyyəli yaşayış məntəqəsi hesab olunur.  1999-cu ilədək Biləcəri bələdiyyəsinin tərkibində olduğundan Xocasən qəsəbəsində ilk bələdiyyə seçkiləri 2004-ci ilin dekabrın keçirilən seçkilərdən sonra formalaşıb.

Fəaliyyətinin 20 ili tamam olan Xocəsən bələdiyyəsi bu gün  ölkə Prezidentinin Fərman və Sərəncamlarına, AR Kontitusiyasına, yerli özünüidarəetməyə dair Qanunlara, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərir.

Ötən müddət ərzində Xocəsən bələdiyyəsi tərəfindən sakinlərin problemləri öyrənilmiş, imkan daxilində bu qayğılar təmin edilmiş, şəhid ailələri və qazilərimizlə mütəmadi əlaqə saxlanılaraq, ehtiyaclarının qarşılanması üçün müvafiq tədbirlər görülmüşdür. Eyni zamanda vətəndaş müraciətləri əsasında səlahiyyətimizdə olan məsələlər öz həllni tapmış  və səalahiyyətimiz  daxilində olmayan məsələlər barədə bələdiyyə tərəfindən aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdır.

2019-cu ildə keçirilən bələdiyyə seçkilərindən sonra 2020-ci ilin yanvar ayında Xocəsən bələdiyyəsi yeni tərkiblə fəaliyyətə başladığı zaman bələdiyyənin DSMF-yə, qulluqçuların  əməkhaqqına və məhkəmə sanksiyası hesabına bələdiyyənin 100 min manatdan artıq borcunun olması müəyyən mənada bələdiyyənin fəaliyyətini iflic vəziyyətə gətirmişdir. “Pandomiya” dövründə yaranan çətinliklər mövcud vəziyyəti bir qədərdə çətinləşdirmişdi. Lakin bütün bu çətinliklərin ardı ilə Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə güclü ordumuz tərəfindən ölkəmizə bəxş edilən qələbə çətinliklə başlayan ili yüksək qələbə ruhu ilə tamamlağımıza səbəb oldu. Bu qələbədən ruhlanaraq yenidən bütün qüvvəmizlə fəaliyyətimizi davam etdirməyə çalışdıq.

Fəaliyyətimizin bu mərhələsində qarşıya qoydugumuz əsas məqsəd isə təbii ki, ilk növbədə bələdiyyənin yaranış borclarının bağlanması idi. Beləliklə, yaranmış çətinliklər yeni tərkibin üzvləri tərəfindən dəf edilərək, ötən illər ərzində bir sıra nailiyyətlərə imza atılmışdır.

Ötən dövr ərzində  şəhidlərin valideynlərinin müraciətlərini nəzərə alaraq,yaşadıqları küçələrə onların adlarının verilməsi istiqamətində müvafiq qurumlara müraciətlər edilmiş, məsələ müsbət həllini tapmışdır. Hər il dərs ilinin başlanması ərəfəsində şəhid və qazi ailələrindən, eyni zamanda aztəminatlı ailələrdən olan şagirdlər bələdiyyənin qəbul etdiyi qərara əsasən məktəbli forması ilə təmin edilir, həmçinin bir sıra ailələrə maddi və ərzaq yardımları göstərilir.

Mütəmadi olaraq bələdiyyə binasında açıq qapı günləri elan edilir, Milli Məclisin üzvü Səbinə Xasayeva və Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi ilə birlikdə qəsəbə sakinləri ilə vətəndaş qəbulları keçirilir, vətəndaşların fərdi və kollektiv şikayətləri dinlənilir, həli ilə bağlı müəyyən addımlar atılıb.

Hər daim qəsəbənin inzibati ərazisində yaşayan və idman yarışlarında fərqlənən gənclərimiz daim bələdiyyənin diqqət mərkəzindədir

7-11 iyun 2021-ci il tarixlərində Xocasən bələdiyyəsinin sədri Nigar Məmmədova  Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasınin nümayəndə heyətinin tərkibində  Türkiyə Bələdiyyələr Birliyinin təşkçialtçılığı ilə  Ankara şəhərində keçirilmiş konfransda iştirak etmiş,  qardaş ölkənin yerli özünüidarə qurumları ilə gələcəkdə sıx əməkdaşlıq və həyata keçirilməsi nəzərdə tutulan layihələrin müzakirəsi aparılmış və görüşün davamı kimi qardaş ölkənin nümayəndə heyəti ilə Bakı şəhərində növbəri görüş keçirilmiş, Türkiyə bələdiyyələrinin təcrübələri oyrənilmişdir.

Ötən dövr ərzində Binəqədi Rayon icra Hakimiyyətinin təşəbbüsü və  Xocasən bələdiyyənin təşkilatçılığı ilə əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin avtomobil Səyyar Klinikası ilə birlikdə Binəqədi rayonunun Xocasən qəsəbəsində humanitar aksiya həyata təşkil edilmişdir.

Xocəsən bələdiyyəsi tərəfindən hər il Müqəddəs Ramazan ayı ərəfəsində ifttar süfrəsi təşkil edilir, həmçinin, Qurban bayramı münasibəti ilə qəsəbə ərazisində yaşayan aztəminatlı ailələrə qurban payları verilir.

Hesabat dövründə  bələdiyyə və Binəqədi Rayon İcra Hakimiyyətinin qarşılıqlı fəaliyyəti nəticəsində qəsəbənin şəhidlərin adını daşıyan İsgəndər Dövlətli, Naiq Ələkbərov, Dinar Mustafayev, Sənan Zamanov küçələrinə, Şollar, Qəhrəmanlar, Zirvə, Aprel Zəfəri 2-ci döngə küçələrinə asfalt örtüyü döşənmiş,şəhid Sənan Zamanov, Turacli və Çingizxan küçələrində kanalizasiya xətti çəkilərək, mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulmuşdur və Qəsəbənin 3 küçəsinin su təchizatı təmin edilmişdir.

Hesabat dövrünün hər bir ilində, xüsusəndə  “Yaşil dünya naminə həmrəylik ilində”qəsəbədə  ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması məqsədilə yaz və payız ağacəkmə kampaniyası çərçivəsində hər il qəsəbə ərazisində iqlim və relyef şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilmişdir. Belə ki, hesabat illərində RİH və bələdiyyə tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, Zəfər günü münasibətilə qəsəbənin müxtəlif ünvanlarında yaşıllıq zonaları salınmışdır.

Sevindirici haldır ki, uzun müddət adsız olan 300-ə yaxın küçəyə Əmlak Məsələləri  Dövlət  Xidməti tərəfindən adlar verilmiş, küçə adlarını əks etdirən lövhələr hazırlanaraq, bələdiyyəyə təqdim edilmişdir. Bələdiyyə işçiləri tərəfindən küçə lövhələrinin vurulması işləri aparılır.

Xocəsən bələdiyyəsinin inzibati ərazisində sanitariya-gigiyena qaydalarına uyğun olaraq, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.

Fəaliyyətimizin bundan sonrakı mərhələsində də əsas istiqamətimiz vətəndaş məmnunluğunu təmin etmək, qəsəbənin sosial-iqtisadi və humanitar məsələlərində yaxından iştirak edərək, müəyyən töhfələrimizi verməyə çalışacağıq. Bunun üçün isə ilk növbədə bələdiyyənin maliyyə dayanıqlılığını təmin etməyə ehtiyac vardır. Bu baxımdan qarşıdakı dövr ərzində maliyyə resurslarının ən mühüm hissəsini təşkil edən yerli vergilərin daxilolmasının artırılması istiqamətində görülən işlər davam etdiriləcəkdir.

Bu gün vətəndaşlarımıza göstərdiyimiz xidmətdə hər bir bələdiyyə qulluqçusunun əməyi var.

Xocasən  bələdiyyəsinin fəaliyyətində əsas məqsəd  yerli əhəmiyyətli məsələləri həll etmək,qəsəbənin aztəminatlı ailələrinə dəstək olmaq, qəsəbənin yaşıllaşdırılması və abadlaşdırılmasına çalışmaqdır .Bu səbəbdən də vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və həllinin təmin olunması daima diqqətimizdə

Nigar Məmmədova

Binəqədi rayonu Xocasən bələdiyyəsinin sədri 

Rəylər

2 Rəy

Süleymanov Güloğlan

22-01-2025, 2 ay əvvəl

Salam. Sizi dəstəkləyirəm. İnşallah yenə siz seçilirsiniz.

Cavabla

Arifə Ələkbərova

22-01-2025, 2 ay əvvəl

Salam. 20 illik yubileyiniz münasibətilə bir sakin olaraq təbrik edirəm. İşlərinizdə müvəffəqiyətlər və uğurlar arzu edirəm. Ümidvaram bizlərin dözülməz problemi olan yolun asfalt döşənməsinə cari ildə köməklik edərsiniz. Dördyoldan aşağı düşərkən 3-cü döngə. Bu mesaj həmin küçədə yaşayan sakinlərin Nigar xanımdan xahişləridir. İnşallah olur və bizdə bələdiyyəni hər zaman dəstəkliyirik.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər