Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-01-2025 , 00:15

708

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Yerli problemlərin sürətli həlli bələdiyyənin maliyyə imkanlarından asılıdır

Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikası qısa bir dövr ərzində böyük irəliləyişlə dünyanın nüfuzlu ölkələri arasında öz layiq olduğu yeri tutmuşdur.

Ölkə Prezidentinin və birinci xanım Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti, ölkəmizin inkişafına, çiçəklənməsinə verdikləri mühüm töhfələr, sosial, humanitar sahələrdə gördükləri əhəmiyyətli, ölçüyəgəlməz işlər nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da çox böyük rəğbətlə qarşılanır, təqdir edilir.

Qaraçuxur bələdiyyəsi də öz növbəsində 2024-cü il tarixində bir sıra tədbirlər, eyni zamanda qəsəbə ərazisində yenidənqurma, parklarda təmizlik, abadlıq, yaşıllaşdırma və quruculuq işləri aparmışdır.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2024-cü ildə Qaraçuxur bələdiyyəsinin gördüyü işlərin hesabatını diqqətinizə çatdırmaq istərdim.

Qaraçuxur bələdiyyəsi Qaraçuxur və Yeni Günəşli yaşayış sahəsini əhatə edir.

2024-cü ildə Qaraçuxur bələdiyyəsinin gördüyü quruculuq-abadlıq işlərinin bir neçəsini qısa olaraq diqqətinizə çatdırıram.

·       Qaraçuxur qəsəbəsinin inzibati ərazisində quru və qəzalı vəziyyətdə olan ağacların budanması və ya götürülməsi ilə bağlı ETSN-nin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciətlər olunmuşdur;

·       31 saylı Suraxanı ikinci Dairə Seçki Komissiyasının 1, 2, 4, 5, 8, 10, 12, 14, 18, 20, 26, 27 30, 38 və 42 saylı məntəqələrə gedən yollarda asfalt örtüyünün çəkilməsi;

·       Yeni Günəşli “Ana-bala parkı”nda aqlay daşın vurulması, bardürun düzülməsi və tametin döşənməsi;

·       Qaraçuxur qəsəbəsi, R.Əlicanov, Mədən, Kərəm İsmayılov küçələrində məhəllədaxili yollarda asfalt örtüyünün çəkilməsi;

·       Yeni Günəşli “AB” yaşayış sahəsində 38 saylı binanın fasadının rənglənməsi;

·       Yeni Günəşli “D” parkında söhbətgahların təmiri;

·       Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində ağacların alınaraq əkilməsi;

·       Qaraçuxur qəsəbəsi G.Mehmandarov küçəsində yol boyu səkilərə tametin döşənməsi;

·       Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsində iri tonnajlı yük avtomobilləri ilə torpağın daşınması, doldurulması və yayılması, ağacların alınaraq əkilməsi və su xəttinin çəkilməsi;

·       Qaraçuxur qəsəbəsi, G.Mehmandarov küçəsində məhəllədaxili yolda bardürun düzülməsi;

·       Qaraçuxur qəsəbəsi Aşıq Pəri küçəsində məhəllədaxili yolda karbonat daşının yayılması.

Bələdiyyənin diqqət mərkəzində olan məsələlərdən biri də qəsəbə ərazisində məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılıb təmizlənməsidir.

Bunun üçün aidiyyatı qurumlarla gündəlik əlaqə saxlanılıb və mövcud problemlər onların diqqətinə çatdırılıb, eləcə də yol kənarlarına və məişət tullantıları meydançalarına tökülmüş iriqabaritli tullantıların yığışdırılıb daşınmasında müvafiq köməkliklər göstərilmişdir.

Hesabat ilində bələdiyyəmiz sosial-humanitar tədbirlər çərçivəsində qəsəbədə yaşayan Şəhid ailələrinə, aztəminatlı ailələrə, kimsəzilərə, xəstələrə, qocalara, maddi imkansızlara və valideyn himayəsindən məhrum olan uşaqlara maddi yardımlar göstərilmiş, Qaraçuxur qəsəbəsi “Neftçilər” parkında yerləşən “Veteranlar guşəsi”nin işlətdikləri məişət qazın ödənişini, Yeni Günəşli “AB”, “Q” yaşayış sahələrində və Samir Cəfərov küçəsində “Veteranlar guşəsinin istifadə etdiyi elektrik enerjisinin ödənişi bələdiyyənin vəsaiti hesabına yerinə yetirilmişdir.

2024-cü il ərzində Qaraçuxur Bələdiyyəsinin 16 ümumi iclası keçirilmişdir. İclasların gündəliyinə 46 məsələ salınmışdır. Həmin məsələlər əsasən təşkilatı, büdcə, sosial maliyyə, təmir-tikinti, abadlaşdırma və sair məsələlər olmuşdur.

Hesabat ili ərzində 206 nəfər vətəndaş qəbul edilib. Əhalidən daxil olan ərizələrin sayı 445, idarə, müəssisələrdən daxil olan məktubların sayı 284, cavablandırılan və göndərilən məktubların sayı 431, arayışların sayı 822 olmuşdur. Daxil olan məktublar və ərizələr tərəfimizdən araşdırılaraq cavablandırılmış və yaxud aidiyyatı üzrə ünvanlanmış, bələdiyyənin imkanları daxilində sakinlərin istək və arzularına uyğun həll edilmişdir. İl ərzində 458 nəfər hərbi xidmətdən məzuniyyətə gəlmiş əsgər və zabitlərimizin qeydiyyatı aparılmışdır.

Hamımıza məlumdur ki, yerli problemlərin həlli ilə bağlı həyata keçirilən layihələrin sayı və miqyası bələdiyyənin maliyyə imkanlarından asılıdır. Bu baxımından bələdiyyəmizin maliyyə imkanlarının yaxşılaşdırılması məqsədi ilə yerli vergi və ödənişlərin yığılması işini daha səmərəli təşkil etməyə səy göstəririk. Avtomatlaşdırılmış Məlumat Sistemində (BAMS) aparılan yeniliklər nəticəsində Əmlak Məsələləri Dövlət Xidmətində qeydiyyatda olan çıxarışların bələdiyyənin ərazisi üzrə əldə olunması vergi yığımına müsbət təsir göstərir.

Xatırladıram ki, 01 yanvar 2015-ci il tarixdən yerli vergi və ödənişlər banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsiz ödəmə vasitələri ilə, o cümlədən internet üzərindən hesab.az ödəniş portalı vasitəsilə həyata keçirilir. Bu dəyişiklik bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsinə xidmət edir.

Məlumat üçün onu da qeyd etmək istəyirəm ki, hesabat ilində Yerli vergi və ödənişin ödənilməsindən illərlə imtina etmiş 80 vergi ödəyicisi barədə inzibati akt tərtib edərək sənədlərini  məcburi icraya yönəltmişik. “İnzibati icraat haqqında” Qanununun 82.1 və 82.2 maddələri əsasında inzibati akt tərtib olunaraq məcburi qaydada Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa əsasən icra məmuru tərəfindən icra olunmuşdur.

Hesabat ilində Suraxanı rayon İcra Hakimiyyəti, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və Qəsəbə Bələdiyyələri Milli Assosiasiyası ilə qarşılıqlı əlaqəli işləmişik.

Bələdiyyələr yerli özünüidarəetmə orqanı olduğu üçün onların büdcəsi əsasən əhalidən yığılan yerli vergilər və rüsumdan formalaşır.

2024-cü ərzində avtomobil dayanacaqları üçün ödəniş rüsumunun yığımında problemlərimiz hələ də qalmaqdadır.

Xatırlatmaq istəyirəm ki, hesabat ilində bələdiyyənin ehtiyat torpaq fondunun və perspektiv inkişaf üçün torpaq sahəsinin olmaması səbəbindən torpaq növbəliliyinə qeydiyyata götürülmüş vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamış eləcə də Bakı şəhərində bələdiyyə torpaqlarının hərrac və müsabiqəsi keçirilmədiyi üçün vətəndaşların qeyri rəsmi istifadə etdiyi bələdiyyə torpaqlarının sənədləşdirilməsi aparılmamışdır.

Hesab edirəm ki, bugün qəsəbəmizdə abadlıq və quruculuq sahəsində görülən tədbirlərdə bələdiyyəmizin işi nəzərə çarpacaq dərəcədədir.

2025-ci ildə qarşıda duran vəzifələr eləcə də həlli vacib olan sosial yönümlü işləri diqqətinizə çatdırıram.

·     Qaraçuxur qəsəbəsinin inzibati ərazisində məhəllədaxili yollarda abadlıq işlərinin görülməsi

·     Qəsəbə ərazisində yaşayan az təminatlı ailələrə, şəhid ailələrinə maddi yardım edilməsi və dəfn xərclərinə köməklik göstərmək

·     Qaraçuxur bələdiyyəsinin balansında olan park və xiyabanlarda abadlıq və yaşıllaşdırma işlərinin aparılması

·     Qəsəbə ərazisində yol kənarlarına və zibil meydançaları ətrafına tökülmüş iriqabaritli tullantıların yığışdırılıb təmizlənməsi

·     Qəsəbə ərazisindən gündəlik məişət tullantılarınnın yığışdırılıb daşınmasına nəzarət və konteynerlərinin təmirinə köməklik

·     Qurban, Novruz və Ramazan bayramlarında qəsəbə ərazisində yaşayan aztəminatlı ailələrə, şəhid və qazi  ailələrinə “Qurban payı” və Bayram sovqatının verilməsi

·     Qəsəbə ərazisində Qaraçuxur bələdiyyəsi tərəfindən yeni salınmış yaşıllıqların və ağacların suvarılması, yeni su xətlərinin çəkilməsi

·     Qaraçuxur qəsəbə eləcə də Yeni Günəşli  qəbristanlığında abadlıq işlərinin görülməsi

·     Qarabağ Müharibəsi və Vətən Müharibəsində şəhid və qazi olmuş şəxslərin ailələrinin ziyarət olunması.

Bir daha sizləri əmin edirəm ki, Qaraçuxur bələdiyyəsi ərazidə olan yerli problemlərin həllində qəsəbəmizdə fəalliyyət göstərən idarə və təşkilatların, xidmət sahələrinin işinin təşkilində yaxından köməklik göstərəcək, yerli icra orqanları ilə birlikdə qarşıda duran məsələlərin həll olunmasında üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağıq.

Ixdiyar Nəcəfov

Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri

 

     

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Hümbət Hüseynov sədr seçilib

Bakı
18-02-2025
216

Əgər seçilərəmsə....


Bakı
21-01-2025
954