Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-01-2025 , 18:09

638

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bu qəsəbədə YAP-dan olan namizədlərlə  görüş keçirilib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xəzər rayonu Şüvəlan bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti hər sahədə böyük irəliləyişlər əldə edib və bu irəliləyişlər davamlı olaraq daha da güclənəcək. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məqsədlərə doğru inamla addımlayır.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Həmzəyev Balası, Əliyev Balaəli və bələdiyyə üzvlüyünə namizədlər Telman  Süleymanov, Rəqsanə Əliyeva,  Seymur Rzayev,  Elşən Səlimzadə çıxışlarında bələdiyyələrin fəaliyyətindən ətraflı danışmaqla yanaşı, seçiciləri qarşıdan gələn seçkilərdə fəal iştiraka çağırıblar. Onlar, həmçinin yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazandıqları təqdirdə fəaliyyətlərini müasir dövrün tələblərinə uyğun quracaqlarını qeyd ediblər.
Görüş zamanı seçicilər YAP fəaliyyəti dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.