Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-01-2025 , 19:26

177

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Birləşdirməyə düşən Bibiheybət bələdiyyəsinin 2024-cü il üzrə görülmüş işlərin hesabatı

Birləşdirməyə düşən Bibiheybət bələdiyyəsinin 2024-cü il üzrə görülmüş işlərin hesabatını təqdim edirik:

Bibiheybət bələdiyyəsinin 2024-cü il üzrə fəaliyyətində əsaslı irəliləyişlər olmuşdur.Belə ki, 2024-cü ildə bələdiyyənin ümumi gəliri 31878 manat, xərci isə 32133 manat olmuşdur.Büdcə gəlirinin əsas mənbəyi olan əmlak vergisi 10301 manat, torpaq vergisi 2066 manat, mehmanxana və sanatoriya ödənişləri 8571 manat, avtomobillərin dayanacaqları üçün ödənişlər 1440 manat, bələdiyyə mülkiyyətinin icarəsinə görə ödənişlər 4500 manat və dövlət büdcəsindən bələdiyyə üçün ayrılan dotasiya  5000 manat bələdiyyənin illik büdcəsini təşkil etmişdir.Büdcə gəlirlərinə əsasən 2024-cü ili məhsuldar il hesab etmək olar.

Maddi yardımlar, mədəni kütləvi tədbirlər, təmir abadlıq, qəbirstanlığın saxlanılması, əmək haqqı ödənişləri və digər idarəetmə xərcləri bələdiyyənin ümumi xərclərini təşkil edir.Belə ki, il ərzində idarəetmə orqanının saxlanılması xərcləri 21281 manat, yerli sosial müdafiə və təminat, sosial inkişaf proqramlarının maliyyələşdirilməsi üçün xərclər 10852 manat olunmuşdur.

2024-cü il ərzində Səbail rayonunun digər icra strukturları ilə yanaşı Bibiheybət bələdiyyəsinin də əsas fəaliyyəti şəhid, qazi, müharibə iştirakçıları onların ailələrinin diqqət mərkəzində saxlanılması, onların sosial problemləri, eləcə də digər qayğıları ilə daim maraqlanmaq olmuşdur.Belə ki, həssas təbəqə ailələri daim diqqət mərkəzində saxlanılmış, mütəmadi ziyarət olunmuş, onlara maddi yardımlar verilmiş və problemlərinin həlli istiqamətində bir sıra işlər görülmüşdür.

Bibiheybət qəsəbəsinin sakinlərinin müraciətinə əsasən müraciətdə qeyd olunan ünvanlarda tərəfimizdən təmir-abadlıq və bərpa işləri aparılmışdır.

Bibiheybət bələdiyyəsi tərəfindən Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı və Yeni il bayramları münasibəti ilə qəsəbənin aztəminatlı, təkvalideynli, çoxuşaqlı, anadangəlmə qüsurlu, əlil və şikəstliyi olan ailələrə ərzaq yardımları və ət payları təqdim olunmuşdur.

Sosial məsələrlə bağlı daimi komissiya daxil olmuş müxtəlif səbəbli maddi yardımla əlaqəli müraciət edən  qəsəbə sakinlərinə iclas qərarına əsasən maddi yardımlar verilmişdir.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 26 İyun Silahlı Qüvvələr Günü, 8 Noyabr Zəfər Günü münasibəti ilə mədəni kütləvi tədbirlər keçirilmiş, eyni zamanda rayonun təşkil etdiyi bütün tədbirlərində yaxından iştirak edilmişdir.

Dövlət başçısının Sərəncamı ilə 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan həsr olunması ilə əlaqədar Səbail rayonunda keçirilən silsilə ağacəkmə aksiyasına Bibiheybət bələdiyyəsi də qoşulmuşdur.Belə ki, Bibiheybət qəsəbəsində fəaliyyət göstərən 50 nömrəli məktəbin həyətində və qəsəbədə yaşıllıqlara ehtiyac olan sahələrdə bələdiyyə tərəfindən ağaclar əkilərək bir sıra ekoloji tədbirlər həyata keçirilmişdir.

Ötən il ərzində sakinlər tərəfindən ağacların götürülməsi və budanması ilə bağlı müraciətlər tərəfimizdən aidiyyatı üzrə yönləndirilmiş və lazimi tədbirlər görülmüşdür.

2024-cü ilin əvvəllərindən etibarən qəsəbənin digər icra strukturları ilə birlikdə sakinlərin səyyar görüşləri keçirilmiş, görüşlərdə sakinlərin şikayətlərinə yerində baxılmış, olunan müraciətlər aidiyyatı üzrə yönləndirilmiş və problemlərin həlli istiqamətində operativ tədbirlər görülmüşdür.

Hər il olduğu kimi məktəb öncəsi aztminatlı ailələrin övladlarına məktəb forması və ləvazimatları alınaraq təqdim olunmuşdur.

 23.04.2024-cü il tarixində Səbail rayon İcra Hakimiyyətinin başçısının əmri ilə Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova “Fəxri Fərmanla” təltif olunmuşdur.Bundan əlavə Azərbaycan Bələdiyyə İşçiləri Həmkərlar İttifaqı Səbail rayon Təşkilatı tərəfindən  Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova bələdiyyənin işində səmərəli fəaliyyəti, sakinlərə göstərdiyi diqqət və qayğıya görə bələdiyyə döş nişanı ilə təltif olunmuşdur.

Ədliyyə Akademiyası tərəfindən  bələdiyyə sədrləri və müavinləri üçün təşkil olunan seminarda Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova da iştirak etmişdir.

Sosial məsələlər üzrə daimi komissiya və Gender komissiyasının sədri Nərgiz Abdurəhmanova il ərzində Gender bərabərliyi ,məişət zorakılığı və s. mövzularda təşkil olunmuş bütün tədbirlərdə iştirak edərək Bibiheybət bələdiyyəsini təmsil etmişdir.

Qanunvericiliyin yeni dəyişikliklərinə əsasən ölkə üzrə sonuncu bələdiyyə seçkilərini    n keçirildiyi ildən sonrakı 4 ilin 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrə birləşməsi məsələsinə əsasən Bibiheybət bələdiyyəsi Səbail bələdiyyəsi ilə qarışıqlı razılığa gələrək bələdiyyə üzvlərinin iclasında alınan birləşmə qərarının baxılması üçün Milli Məclisə müraciət etmiş və birləşməsi nəzərdə tutulmuşdur.

Validə  Həsənova 

Səbail rayonu Bibiheybət bələdiyyəsinin sədri

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər