Seçicilərimizin etimadını doğrultmaq üçün hər zaman var qüvvəmizlə çalışacağıq
Qubab rayonu
Tüləkəran bələdiyyəsinin ötən il ərzində 17 iclası
keçirilmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının
müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün
rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq
aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün, Ədliyyə
Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilmişdir. Bələdiyyənin fəaliyyəti
üçün çox önəmli olan məsələlərlə bağlı bələdiyyələrə İş Baş idarəsi tərəfindən tövsiyələr hazırlanıb
göndərilmişdir. Bələdiyyələrin fəaliyyətində mühüm yer tutan yerli vergilərin
toplanmasına köməklik məqsədilə, Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları tərəfindən
seminar- müşavirə keçirilmişdir.
Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə
dair 176 məktub və ərizə daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən
187 vətəndaş qəbul edilmişdir. “Vətəndaşların müraciətlərinə baxılması qaydası
haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə
və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat
verilmişdir.
Qeyd edək ki, yenə də Bələdiyyələrlə İş Baş idarəsinin tövsiyələri, metodiki
köməklikləri, bələdiyyədə keçirilən seminarların nəticəsi olaraq, 2024-cü il ərzində
isə büdcə gəlirləri 409808.20 manat təşkil etmişdir. (2023-cü ildən Qalıq 151.64 manat)
O cümlədən:
- fiziki şəxslərdən torpaq vergisi – 8577
manat;
- fiziki şəxslərdən əmlak vergisi – 10120 manat;
- torpaq icarə
haqqı- 1488 manat;
- Dövlət büdcəsindən
ayrılan Dotasiya- 3800 manat;
- Dövlət büdcəsindən
ayrılan Subvensiya- 356.865
manat;
- Bələdiyyələr
tərəfindən göstərilən xidmətlərdən
– 6308 manat.
- Bələdiyyə
mülkiyyətinin özgəninkiləşdirilməsinə görə ödəniş – 15.900 manat
- Su satışı – 5000.00 manat
- Digər gəlir – 1597 manat.
2024-cü il ərzində
xərclər isə - 409800 manat təşkil etmişdir.
O cümlədən:
Bələdiyyə işçilərinin əmək haqqısının ödənilməsinə
- 30.542 manat;
Bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə
ayırmalara- 13630 manat;
Möhüc kəndində 2023-cü ildə görülmüş yol təmirinin
dəyərinin qalıq borcunun ödənilməsinə - 5200
Yenikənd və
Yuxarı Tüləkəran kəndlərində birinci Qarabağ müharibəsi şəhidləri Mehman
Ağayev, Əvəz Ələsgərov, Əfqan İdrisov, Yaşar Bağıyev, Ramazan Hüseynov və Azad
Heydərovun xatirə bulaq komplekslərinin tikintisinə - 9743 manat
Quba rayonu
Aşağı Tüləkəran kəndində torpaqlarımızın ərazi bütövlüyü üğruna canlarından
keçmiş şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi məqsədi abidə
kompleksinin hörgü və beton işlərinə - 8171 manat
Məktəblərdə
Şəhid Xatirə lövhələrinin hazırlanıb quraşdırılmasına – 1340
Bələdiyyə
binasına inventar və avadanlıqların alışına – 1500
Bank, poçt
xərclərinə - 6112
Audit
haqqına – 1180
3% xidmət
haqqına – 1245
ƏMDX xidmət
haqqı və rüsümlar ödənişnə - 3174
Bələdiyyərin
Milli Asossasiyalarına üzvülük haqqına – 510
7 şəhid, 2 əlil,5
veteran daxil olmaqla ümumilkdə 50 nəfərə Ramazan bayramı münasibəti ilə ərzaq
bağlaması verilməsinə - 1327
1-ci
Qarabağ müharibəsi iştirakçısı müharibə veteranına müalicə xərci olaraq – 300
manat
Bələdiyyə
müəssisəsi üçün mal material alışına (yerli iqtisadi sahədə xərclərə) 330833
manat
Məlumat üçün qeyd edirik ki, 2024-cü il ərzində
bələdiyyə xərclərinin 25540 manatlıq hissəsi əvvəlki dövrlərdən qalmış borclara
- DSMF və digər ödənişlərə görə olmuşdur.
“Quba rayon
Yenikənd kəndində 50 ton su tutumlu su ambarı təmir olunmuş və ətrafı məftil
tor ilə hasarlanmışdır.
“Quba rayon
Yenikənd kəndində birinci Qarabağ müharibəsi şəhidləri Mehman Ağayev, Əvəz Ələsgərov,
Əfqan İdrisov, Yaşar Bağıyevin xatirə bulaq komplekslərini tikilib istifadəyə
verilmişdir.
Yuxarı Tüləkəran
kəndində birinci Qarabağ müharibəsi şəhidləri Ramazan Hüseynov və Azad Heydərovun
xatirə bulaq komplekslərini tikilib istifadəyə verilmişdir.
Quba rayon
Yenikənd kəndində birinci Qarabağ müharibəsi şəhidi Yaşar Bağıyevin ailə üzvlərinin
müraciətinə əsasən onlara məxsus fərdi yaşayış evlərinə gedən yol yenidən
qrularaq əsaslı təmir olunmuşdur.
Quba rayon
Aşağı Tüləkəran, Yuxarı Tüləkəran, Suxtəkələ və Yenikənd kəndlərinə mövcud olan
3-3.5 metr enliyində ümumi uzunluğu 3.8 km olan yollar 5-6.5 metr enliyində
genişləndirilərək sakinlərin istifadəsinə verilmişdir.
Quba rayonu
Aşağı Tüləkəran kəndində torpaqlarımızın ərazi bütövlüyü üğruna canlarından
keçmiş şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi məqsədi abidə
kompleksinin hörgü və beton işləri tamamlilə yekunlaşdırılmışdır.
Quba rayon
Əfqan İdrisov adına Möhüc kənd tam orta məktəbində Əfqan İdrisovun, Quba rayon
Yuxarı Tüləkəran kənd ümumi orta məktəbində Müşfiq Nəsirovun, Quba rayon Tülər
kənd ümumi orta məktəbində İsmət Dəmirovun, Quba rayon Gültəpə kənd ümumi orta
məktəbində Ceyhun İsayev, Elşad Şıxbabayev və Zahir Nəsrullayevin xatirə lövhələri
quraşdırlmışdır.
Təhsil sahəsində
uğur qazanan bir sıra şagirdlərə bələdiyyə tərəfindən fəxri fərman və hədiyyələr
təqdim olunmuşdur.
7 şəhid, 2 əlil,5
veteran daxil olmaqla ümumilkdə 50 nəfərə Ramazan bayramı münasibəti ilə ərzaq
bağlaması verilmişdir
1-ci
Qarabağ müharibəsi iştirakçısı müharibə veteranına müalicə xərclərini ödənilməsi
üçün maddi köməklik göstərilmişdir
1 iyun Beynəlxalq
uşağların müdafiəsi günü ilə əlaqədar olaraq tədbirlər keçirilmişdir.
Bələdiyyə tərəfindən
qardaş Türkiyə Cumhuriyyətinə nümayəndə heyyəti göndərilərək bələdiyyə müəssisələrinin
fəaliyyət öyrənilmiş və bələdiyyə ərazində tətbiqinə başlanılmışdır.
Ərazidə
yaşayan vətəndaşların məşqulluq problemlərinin aradan qaldırılmasına da böyük
diqqət ayrılmışdır. Bu məqsəd ilə 2024-cü ilin hesabat dövrü ərzində iki nəfər
bələdiyyə qulluğuna müddətsiz əmək müqaviləsi ilə, iki nəfər müddətli əmək müqaviləsi
ilə, 7 nəfər isə bələdiyyə müəssisəsində işə qəbul olunmuşdur. 6 nəfər rayon ərazisindəki
turizm müəssisələrində, 1 nəfər rayon ərazisindəki mebel istehsalı müəssilərində,
6 nəfər isə Bakı şəhərində işlə təmin olunmalarına müvafiq köməkliklər göstərilərək
ümumilikdə 21 nəfər vətəndaşın məşqulluq problemi həll olunmuşdur.
Bələdiyyə
mülkiyyətinin idarə olunması, qanunsuz zəbt olunmuş bələdiyyə torpaqların bələdiyyənin
qanuni mülkiyyətinə qaytarılması istiqamətində də mühüm addımlar atılmışdır.
Quba rayonu Gültəpə kəndində 0.08 ha, Quba rayonu Tülər kəndində isə 0.715 ha
prespektiv inkişaf təyinatlı torpaq sahəsinin bələdiyyənin qanuni mülkiyyətinə
qaytarılması təmin olunmuşdur. Bələdiyyə mülkiyyətində məxsus olan, lakin
qanunsuz olaraq zəbt olunmuş torpaq sahələrinin müəyyən olunaraq barələrində
qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində müvafiq işlər davam
etdirilir.
Bələdiyyə ərazisində
yaşayan vətəndaşların yerli vergilərə və ödənişlərə cəlb olunması məqsədi ilə Bələdiyyələrin
Avtomatlaşdırılmış Məlumat Sistemində daima yenilənmələr aparılır. Vətəndaşların
mülkiyyətindəolan torpaq sahələrinin aşkar olunması, onlara məxsus əmlakların
müəyyən olunaraq Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə
inteqrasıyasın təmin olunması nəticəsində vergi obyetlərinin sayı 878 nəfərə
çatdırılaraq həmin ödəyicilərə tədiyyə bildirişləri paylanılmışdır.
Bizə səs
vermiş seçicilərimizin etimadını doğrultmaq üçün gördüyümüz və görəcəyimiz işlərlə
bağlı var qüvvəmizlə hər zaman çalışacağıq. Kəndlərimizin abadlığına, gözəlliyinə,
təmizliyinə, yaşıllığına bundan sonra da diqqəti daha da artıracağıq.
Yerli əhəmiyyətli
poblemlərin həllində daha da fəallıq göstərəcəyik, ictimai-mədəni, sosial tədbirlərin
həyata keçirilməsini uğurla davam etdirəcəyik.
Bundan sonrakı fəaliyyətimizdə də hər zaman olduğu kimi, ölkə
Prezidenti cənab İlham Əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin
yerinə yetirilməsinə çalışacağıq və Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələrini,
iradlarını hər zaman işdə rəhbər tutacağıq.
Rauf
Hüseynov
Quba
rayonu Tüləkəran bələdiyyəsinin sədri
Rəylər
0 Rəy