Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-06-2024 , 21:43

1223

Son xəbərlər

Bütün xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

“Zəfər Qalamız – Şuşa” mövzusunda inşa yazı müsabiqəsinə yekun vuruldu

07 iyun  2024-cü il tarixdə Mərdəkan qəsəbəsində yerləşən Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbin şagirdləri arasında “Zəfər Qalamız – Şuşa” mövzusuna həsr olunmuş inşa yazı müsabiqəsinə yekun vuruldu.

Tədbirdə məktəbin direktoru Sevinc Mustafayeva, müavin, müəllimlər, şagirdlər, bələdiyyə nümayəndələri iştirak etdilər.

Əvvəlcə Qarabağ torpaqlarının azadlığı uğrunda canından-qanından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra bələdiyyə sədrinin müavini qeyd etdi ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il sentyabrın 25-də Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət  Nazirlərinin 12-ci Konfransında 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Konfransa Şuşa şəhərinin 2024-cü il üzrə namizədliyi irəli sürülmüş və iştirakçıların qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri 2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı adına layiq görülmüşdür.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, şanlı Azərbaycan Ordusu tərəfindən böyük qəhrəmanlıqla erməni işğalından azad olunan qala-şəhərimizin tarixi şöhrəti özünə qaytarıldı. Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda tarixi abidələrin və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər İCESCO tərəfindən də yüksək qiymətləndirilir.

Həmçinin qeyd olundu ki, Qarabağın tacı olan Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi- mədəni elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il noyabrın 8-də işğaldan azad edilmiş Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olunmuşdur.

Sonda inşa yazı müsabiqəsinin qaliblərinə Mərdəkan bələdiyyəsi tərəfindən “Diplom”lar təqdim olundu.

Mərdəkan bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər