Bələdiyyə sədri: “Şəhid və qazi ailələrinin hər bir müraciəti bələdiyyədə diqqətdə saxlanılmalı və həlliylə bağlı addımlar atılmalıdır”
“Vətəndaş-bələdiyyə
münasibətlərinin inkişafına yönələn fəaliyyət vətəndaş məmunluğunun təmin edilməsində
prioritet məsələ hesab olunur”- bu fikirləri Belediyye.infoya Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev
bildirib.
Sədrin
sözlərinə görə, bələdiyyənin inzibati
binasında, habelə sakinlərlə mütəmadi səyyar görüşlər keçirilir. Müraciət edən
vətəndaşların problemlərinin həlli istiqamətində cidd addımlar atılır. Ən əsası
bələdiyyədən asılı olan məsələlər öz həllini tapır. Digər məsələlərin həliylə bağlı rəsmi müraciətlər
edilir.
Sədr
bildirib ki, gün ərzində qəbula şəhid Etibar Əliyevin anası Sevinc Əliyeva da qəbulda
olub. Şəhidin mövcud olan barelyefinin yenilənməsi görüşdə müzakirə olunub. Sədr
şəhid anasının müraciətini razılıqla
qarşılayaraq tez bir zaman kəsiyində barelyefin yeniləcəyi və ətrafında səliqə-səhman
yaradılacağını bildirib.
Hacı Əliyev
sonda qeyd edib ki, şəhid və qazi ailələrinin müraciəti hər bir bələdiyyədə diqqətdə saxlanılmalı və həlliylə
bağlı addımlar atılmalıdır. Bu həm də hər bir bələdiyyənin müqəddəs vəzifəsidir.
Belediyye.info
Rəylər
0 Rəy