Talabıqışlaq bələdiyyəsi hesabat verir
Quba rayonu Talabıqışlaq bələdiyyəsi həmişə olduğu kimi 2024-cü ildə də öz fəaliyyətini müasir tələblər səviyyəsində qurulmasına, öz iqtisadi resurslarından səmərəli istifadə olunmasına, yerli əhəmiyyətli məsələlərin həllində bilavasitə iştirak edərək, ərazidə yaşayan vətəndaşların problemlərinə , arzu və istəklərinə həsas yanaşaraq vətəndaş məmnunluğuna nail olmağa xüsusi diqqət yetirmişdir.
Cari ildə Talabıqışlaq bələdiyyənin 16 iclası keçirilmiş və 44 məsələyə gündəlikdə baxılmışdır. Gündəlikdə duran məsələlər əsasən bələdiyyə ərazisində aparılan təmizlik- abadlıq işləri, az təminatlı , şəhid və müharbə iştirakçılarının ailələrinə yardımlar ,icarə torpaqlar və digər məsələlər olmuşdur. 2024-cü ildə vətəndaşlardan 14 rəsmi müraciəti olmuş və həmin müraciətlərə vaxtında baxılmışdır. Vətəndaşların müraciətləri əsasən icarə torpaq sahəsi, maddi yardım , mənzil tikintisi üçün həyətyanı torpaq sahəsi , suvarma suyu və içməli su ilə bağlı olmuşdur. Vətəndaşların şifahi qəbula gələnlərinin sayı isə 285 nəfər olmuşdur.
Cari ildə bələdiyyəyə idarə və təşkilatlardan 67 sənəd daxil olmuş, sənədlərə dərkənar qoyularaq vaxtında icra olunmuşdur.Vətəndaşlara, idarə və təşkilatlara bələdiyyə tərəfindən göndəriləm məktubların sayı isə 130 –dür. Bələdiyyə ərazisində yaşayan , sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara daima qayğı göstərilmişdir. Ərazidə 8 şəhid ailəsi və 6 Qarabağ müharibəsi əlili vardır.
2024-cü ildə Talabıqışlaq bələdiyyəsi ərazisində müəyyən işlər görülmüşdür. Belə ki;
-20 Yanvar günü ilə bağlı bələdiyyə ərazisində geniş tədbirlər keçirilmiş və Küçeyi kənd qəbirstanlında 20 yanvar şəhidi Elçin Qeybullayevin məzarında hər il olduğu kimi böyük tədbir keçirilmişdir.
-Bələdiyyə ərazisində yaşayan müharibə veteranı və əlillərinə(cəmi 16 nəfər) Zəfər günü münasibəti ilə 800.00 manat maddi yardım edilmişdir.
Cağacıq kənd sakini Qarabağ müharibəsi iştirakçısı Mahmudov Vüsal Şərafəddin oğluna 100.00 manat ərizəsinə əsasən maddi yardım edilmişdir.
-Şəhid Nağıyev Mahir Şahin oğlunun atası Nağıyev Şahin Sultan oğlunun vəfatı ilə əlqədar ailəsinə 200.00 manat yardım edilmişdur. Eyni zamanda bələdiyyə tərəfindən şəhid ailəsinə bir maşın odun göndərilmişdir.
-Şəhid Əliyev Sahib Sabir oğlunun atası Əliyev Sabirin vəfatı ilə əlaqədar ailəsinə 200.00 manat yardım edlmişdir.
Xaruşa kəndində subartizan quyusu təmir edilərək əhalinin istifadəsinə verilməsinə 3400.00 manat vəsait xərclənmişdir.
-“Yaşıl dünya naminə həmrəylik ili “ çərcivəsində bələdiyyə ərazisində iməcliklər yolu ilə təmizlik abadlıq işləri görülmüşdür.
-Talabıqışlaq kənd sakini 2-ci qrup Qarabağ əlili Bayramov Yolçu Zinyəddin oğluna ərizəsinə əsasən 300.00 manat maddi yardım edilmişdir.
-Cağacıq kəndində subartezian quyusunun təmirinə 1300.00 manat vəsait xərclənmişdir.
-Talabıqışlaq kəndində əhalinin işməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədi ilə kənd sakinləri tərəfindən subartezian quyuları qazılmış, bulaqlar çəkilərək vətəndaşların istifadəsinə verilmişdir.
- Talabıqışlaq kənd sakini Qeybullayev Natiq Mehman oğluna ərizəsinə əsasən 100.00 manat yardım göstərilmişdir.
-Qurban bayramı münasibəti ilə ərazidə yaşayan ehtiyacı olan 140 ailəyə qurban payı paylanmışdır.
-Bələdiyyə ərazisində kənd içi yollara əsasən Talabıqışlaq , Küçeyi, Xaruşa , Cağacıq kəndlərinə kamaz markalı yük maşını ilə qrabil və şebel daşınaraq 3000 metr məsafədə cari təmir işləri aparılmışdır.
-Bələdiyyə ərazisində təmizlik-abadlıq işləri aparılmış, Cağacıq kəndindən keçən Bakı-Quba asfalt yolun 1,5 km məsafədə olan hissəsi daima diqqət mərkəzində saxlanılmış və orada mütəmadi təmizlik abadlıq işləri aparılır.
-Bələdiyyə ərazisində əhalinin suvarma suyuna olan ehtiyaclarını ödəmək məqsədi ilə suvarma arxlarının 1200 metr məsafəsi lil və palçıqdan təmizlənmişdir.
-Ərazidə kənd təsərrüfatı sahəsində meyvəçiliyin inkişaf edirilməsi məqsədi ilə fiziki şəxslər arasında maarifləndirmə işləri aparılmış və 50.0 hektara yaxın super intensiv meyvə bağları salınmışdır.
-Talabıqışlaq kənd qəbirstanlığında əsən güclü külək nəticəsində aşan ağacın bələdiyyə tərəfindən doğranaraq Xaroşa kənd məktəbinə daşınması təşkil olunmuş, eyni zamanda qəbirstanlığın hasarının və qapısının zədələnmiş hissələri bələdiyyə tərəfindən bərpa edilmişdir.
- 2024-cü il ərzində bələdiyyə ərazisində 5G internet xətləri çəkilmiş əhalinin yüksək sürətli internetə çıxışı təmin edilmişdir.
-Talabıqışlaq kəndinin elektrik təsərrüfatının yenidən qurulması-kabelləşmə içlərinə başlanmış, yaxın zamanda əhalinin istifadəsinə veriləcəyi gözlənilir.
-Talabıqışlaq-Küçeyi və Cağacıq kənd qəbirstanlığında iməclik yolu ilə təmizlik işləri aparılışdır.
- Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili ” çərçivəsində bələdiyyə ərazisində müxtəlif tədbirlər görülmüşdür. Belə ki, cari ildə 100 ədəd həmişəyaşıl şam ağacları alınaraq, kəndin fəalları , qazilər, Talabıqışlaq İƏD-nin nümayəndələri və bələdiyyə üzvlərinn iştirakı ilə təyin olunmuş yerdə ağacəkmə aksiyası keçirilmişdir.
-Bələdiyyə olaraq ərazidə daim ekoloji layihələr həyata keçirilir, məişət tullantıları ilə çirklənmiş ərazilər təmizlənilir və nəzarət edilir.
-BAMS (Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi) proqramında tətbiq olunan reyestr məlumatlarının əldə edilməsinin əlçatanlığı 2024-cü ildə əmlak və torpaq vergisinin yığımınin 2023-cü ilə nisbətən uyğun olaraq əmlak vergisi üzrə 60%,proqnoza görə 31.8 %, torpaq vergisi üzrə 123.5 %,proqnoza görə 19.5 % artıqlaması ilə icra olunmasına səbəb olmuşdur.
Cari ildə Talabıqışlaq bələdiyyəsinin gəlirləri aşağıdakı kimi olmuşdur:
01.01.2024-cü ilə qalıq 837.66
Daxil olmaların cəmi 58367,07
Ondan;
Əmlak vergisi 4614,6
Torpaq vergisi 10152,32
İcar torpaqlara görə ödəniş 1760,15
Debitor borc (mədən vegisi) 37740
Bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsinə görə 1200.00
Dotasiya 2900.00
Xərcləri
Cəmi 52149,67
Ondan;
Əmək haqqı 24864,04
DSMF-na 6949,75
Yanacaq xərcinə 1975,5
İcbari tibbi sığortaya 1056
Bank xidmətinə 1865,46
Autitor xidmətinə 2300
Xacmaz YXO (rüsum) 637
ƏMDX- (xidmət haqqı) 375
Abunəyə 955,2
Az təminatlı ailəyə yardım 1700
Dəftərxana ləvazimatına 150
Milli Asosiasiyaya 540
Bələdiyyə otaqlarının icarə haqqısına 210
“Atəşgah” həyat sığortaya 60,72
Bələdiyyə yollarının təmirinə 2940
Artezian su quyularının təmirinə 4700
Bələdiyyənin koorperativ kart hesabına 850
Hərracların Təşkili PHŞ 21
Quba rayon Talabıqışlaq bələdiyyəsi
Rəylər
0 Rəy