Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-12-2024 , 00:24

831

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: “Şüvəlan bələdiyyəsinin büdcə gəlirlərinin artımında “inteqrasiya” nın rolu əvəzsizdir”  

“Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiyaya əsaslanan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində bu gün ölkədə  davamlı inkişaf və iqtisadi dayanıqlılığın təmin olunması istiqamətində ciddi işlər, irihəcmli layihələr icra edilməkdədir. Həyata keçirilən layihələrə az da olsa, Şüvəlan bələdiyyəsi olaraq, bizdə öz töhfəmizi verməyə çalışırıq. Şəffaflığın təmin edilməsi, vergiödəyiciləri ilə bələdiyyənin  vergi xidməti arasında qarşılıqlı etimadın yüksəldilməsi hazırda Şüvəlan bələdiyyəsinin əsas hədəfləri hesab edilir”- bu fikirləri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bələdiyyə qulluqçularının iştirakı ilə keçirilən görüşdə bildirib.

Sədr qeyd edib ki,  son illərdə Şüvəlan bələdiyyəsinin vergi xidməti orqanının intensiv və sistemli  fəalyyəti sayəsində büdcə gəlirlərində 36 faiz artım müşahidə olunub.

2023-cü ildə bələdiyyənin büdcə gəlirlərinin həcmi 114.488 manat  təşkil etmişdirsə, bu rəqəm artıq cari ilin sonuna 165.701 manat təşkil edib. Əgər ötən il əmlak vergisindən 85.342 manat, torpaq vergisindən isə 29.144 manat əldə edilmişdisə, cari ildə bu rəqəm müvafiq olaraq 129.434 manat və 36.267 manat təşkil edib.

Onu da əlavə edək ki, 2019-cu illə  müqayisədə Şüvəlan bələdiyyəsinin büdcə gəlirində 3 dəfədən çox artım olub.

Vergi xidməti orqanı tərəfindən bələdiyyə vergi-uçot sistemi daim təkmilləşdirilir. Bununla yanaşı BAMS-ın Əmlak  Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqarsiya edilməsi  bələdiyyəyə əlavə stimul verib. Əldə edilən maliyyə vəsaitinin artımında “inteqrasiya”nın rolu əvəzsizdir.  

Sədr görüşdə  qeyd edib ki,  büdcə gəlirlərinin artımının hesabına qəsəbə ərazisində  bələdiyyə tərəfindən həyata keçirilən layihələrin həm həcmi, həm də keyfiyyəti artıb.

Görüşdə iştirak edən  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri Vüqar Tofiqli bələdiyyə qulluqçularını narahat edən sualları cavablandırmışdır.

Belediyye.info