Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-05-2024 , 13:29

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Mətləb Əliyev: “Heydər Əliyevin əziz xatirəsinə ən böyük ehtiram müstəqil Azərbaycanın inkişafı naminə sədaqətlə xidməti davam etdirməkdir”

Heydər Əliyev həm də  Azərbaycanda yerli özünüidarəetmə sisteminin banisidir. Çıxışlarınıın birində  Ulu öndər deyirdi: “Bələdiyyələr Azərbaycanda yerli demokratiyanın inkiaşfında yeni bir mərhələ olacaqdır” –bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.

Bu il bələdiyyələrin formalaşmasının  25-ci ili tamam olur. Bu gün bələdiyyələrin fəaliyyəti  bir daha Ulu öndərin dediyi bu fikirlərin öz yerini aldığını göstərir.  

By arada mütləq vurğulanmalıdır ki, ölkəmizdə bələdiyyələrin hüquqi statusunun müəyyənləşdirilməsi ilk bələdiyyə seçkiləri keçirilənədək yerli özünüidarə ilə bağlı hüquqi baza Ulu öndərin rəhbərliyi ilə hazırlanaraq təsdiq edilmişdi. Bütövlükdə isə Heydər Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə yerli özünüidarəetmə sahəsini tənzimləyən 22 qanun və onlarla başqa normativ hüquqi akt qəbul edilib.

Mətləb Əliyev daha sonra bildirib ki, Ulu öndərin qətiyyətli sayəsində ölkəmiz durğunluqdan, ağır vəziyyətdən  çıxarmaq mümkün oldu.

İkinci dəfə hakimiyyətə gəliş zamanı təcrübəli siyasi və dövlət xadimi Heydər Əliyev vətəndaşların dövlət idarəetməsində iştirakının ən vacib ünsürü kimi yerli özünüidarəetməyə xüsusi əhəmiyyət verib.

Çıxışlarının birində Ulu öndər qeyd edirdi: Yerli özünüidarəetmənin səlahiyyətli, müstəqil orqanları demokratiyanın inkişaf şərti və eyni zamanda, dövlətin idarə edilməsində vətəndaşlar üçün imkanlar yaradılmasının göstəricisidir”

Bu gün Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ən böyük ehtiram müstəqil Azərbaycanın inkişafı naminə sədaqətlə xidməti davam etdirməkdir.

Bu yolda Buzovna bələdiyyəsinin  kollektivi bu əziz gündə ölkəmizin daha da çiçəklənməsinə və  inkişafına öz layiqli töhfəsini  verməkdədir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər