Hacı Əliyev: “Hər bir üzv və qulluqçu bələdiyyənin inkişafına, mövcud problemlərin həllinə öz töhfəsini verməlidir”
“Səbail
bələdiyyəsi son beş il ərzində əvvəlki illərdə mövcud olmuş neqativi öz fəaliyyəti
ilə uğurla aradan qaldıraraq ölkənin nümunəvi bələdiyyələr sırasına qoşula bildi. İnanıram ki, bələdiyyə
kollektivinin səmərəli fəaliyyəti ilə bu ənənə bundan sonrakı illərdə də davam
etdiriləcəkdir”- bu fikirləri Belediyye.infoya Səbail bələdiyyəsinin sədri Hacı
Əliyev bildirib.
Sədr
bildirib ki, 2021-ci illə müqayisədə bələdiyyənin büdcə gəlirləri 2.5 dəfəyədək
artıb. Artıq Səbail bələdiyyəsi ikinci ildir ki, büdcəsi “milyonluq” maneəni keçən Xətai, Nərimanov,
Yasamal və Nəsimi bələdiyyələr sırasına qoşulub.
Bələdiyyənin
vergi xidmətinin səmərəli fəaliyyətinin nəticəsidir ki, ötən il büdcə gəlirlərinin
artım səviyyəsinə görə respublika üzrə birinci onluqda, paytaxt bələdiyyələri sırasında
isə birinci yerdə qərarlaşıb. Belə ki, ötən il Səbail bələdiyyəsinin büdcə gəlirlərində
2023-ci illə müqayisədə 85 faizlik artım
müşahidə olunub.
Hazırda
bələdiyyə büdcəsinin əsas gəlir hissəsi mehmanxana rüsumunun ödənişi ilə
bağlıdır. Yəni büdcə gəlirlərinin 55 faizi məhz bu istiqamətdən daxil
olub. Başqa
maraqlı və diqqətiçəkən məqam ondadır ki, ölkə bələdiyyələrin mehmanxana
rüsumları ilə bağlı əldə etdikləri maliyyə vəsaitinin 35 faizi, paytaxt bələdiyyələrinin isə
45 faiz hissəsini
Səbail bələdiyyəsi əldə edib.
Hazırda bələdiyyədə
yenilənmiş BAMS proqramına vergi ödəyicilərinin qeydiyyatı demək olar ki, yekunlaşmaq üzrədir.
Büdcə
gəlirlərinin artımında Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşəbbüsü
və milli bələdiyyə assosiasiyalarının təşkilatçılığı, “Bələdiyyələrin onlayn xidmət“ mərkəzinin
iştirakı ilə BAMS-ın
Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi bələdiyyə
üçün mühüm rol oynayıb.
Artıq
ikinci ildir ki, bələdiyyədə SMS xidməti istifadəyə verilib. 1.800 nəfər borclu vətəndaşa
borcları haqqında məlumat
göndərilib. Bu xidmətdən istfadə büdcə gəlirlərinin artımına səbəb olub.
Vergi ödəyiciləri bütün hallarda bələdiyyənin fəaliyyətinə daha ciddi şəkildə
yanaşmağa başlayıblar.
Sədr
sonda qeyd edib ki, üzv və qulluqçuların hər biri bələdiyyənin inkişafına,
mövcud problemlərin həllinə öz töhfəsini verməlidir. Yalnız bu halda vətəndaş məmnunluğunu
tələb olunan səviyyədə təmin etmək mümkündür.
Səbail bələdiyyəsi yuxarıda qeyd olunan uğura fəaliyyətini məhz bu prinsiplə qurduğundan
nail ola bilib.
Belediyye.info
Rəylər
0 Rəy