Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-11-2026 , 10:09

242

Son xəbərlər

Bütün xəbərlər

Bu gün onun günüdür!

Sumqayıt
15-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bəylər Həsənov: “Binəqədi qəsəbə bələdiyyəsində növbəti ilin büdcə layihəsi müzakirə olunub”


Binəqədi qəsəbə bələdiyyəsində növbəti büdcə ili üzrə büdcə layihəsinin müzakirəsi keçirilib. 20 oktyabr 2026-cı il tarixində 20 saylı protokolla rəsmiləşdirilən müzakirədə bələdiyyə üzvləri iştirak ediblər.

Müzakirələr zamanı növbəti il üçün bələdiyyə büdcəsinin gəlirlər hissəsinin 510 000 (beş yüz on min) manat məbləğində proqnozlaşdırılması nəzərdə tutulub. Büdcə layihəsində vəsaitlərin qəsəbənin sosial-iqtisadi inkişafına, ərazidə abadlıq və quruculuq işlərinin davam etdirilməsinə, eləcə də sakinlərin sosial rifahının yaxşılaşdırılmasına yönəldilməsi əsas prioritetlər kimi müəyyən edilib.

Belə ki, növbəti ilin büdcə vəsaitlərinin aşağıdakı istiqamətlər üzrə xərclənməsi planlaşdırılır:

Bələdiyyənin inzibati ərazisində abadlıq işlərinin aparılması və bələdiyyə yollarının saxlanılması;

Ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin həyata keçirilməsi;

Əhalinin sosial baxımdan həssas təbəqələrinə maddi və sosial yardımların göstərilməsi;

Qəbiristanlığın saxlanılması və abadlaşdırılması;

Əməkhaqqı ödənişlərinin təmin edilməsi və inzibati binanın saxlanılması;

Məhkəmə qərarları əsasında yaranmış öhdəliklərin və mövcud borcların ödənilməsi;

Digər zəruri cari xərclərin qarşılanması.

Büdcə müzakirələri çərçivəsində gəlir mənbələrinin genişləndirilməsi və yerli büdcə daxilolmalarının artırılması məsələlərinə də xüsusi diqqət yetirilib. Bu məqsədlə yerli vergi və ödənişlərin qanunvericiliyə uyğun olaraq vaxtında və tam həcmdə toplanması, vergi ödəyicilərinin uçot sisteminin təkmilləşdirilməsi, mövcud gəlir potensialından daha səmərəli istifadə edilməsi və maliyyə intizamının gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi müzakirə olunub.

Bələdiyyənin maliyyə göstəricilərinə gəldikdə isə, 2026-cı ilin ilk 10 ayı ərzində büdcə gəlirləri 318 896 manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin 12 ayı üzrə bələdiyyə büdcəsinin ümumi gəlirləri 345 595 manat olub. Bu göstəricilər yerli gəlirlərin artırılması istiqamətində görülən işlərin davam etdirilməsinin və mövcud ehtiyat mənbələrinin səfərbər olunmasının vacibliyini bir daha göstərir.

Binəqədi qəsəbə bələdiyyəsinin sədri Bəylər Həsənov bildirib ki, yerli büdcənin düzgün planlaşdırılması və maliyyə vəsaitlərindən səmərəli istifadə olunması bələdiyyənin qarşısında duran əsas vəzifələrdəndir:

“Bizim əsas məqsədimiz bələdiyyənin maliyyə imkanlarından maksimum səmərəli istifadə etməklə qəsəbəmizin inkişafına, abadlıq və quruculuq işlərinin davam etdirilməsinə, sakinlərin sosial problemlərinin həllinə töhfə verməkdir. Büdcə vəsaitlərinin bölüşdürülməsində qəsəbənin mövcud ehtiyacları və sakinlərin maraqları əsas götürülməlidir. Eyni zamanda, yerli gəlirlərin artırılması, vergi və ödənişlərin toplanmasında şəffaflığın və qanunauyğunluğun təmin edilməsi də diqqət mərkəzimizdədir.

Biz yerli özünüidarəetmədə şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğu prinsiplərinə sadiq qalaraq fəaliyyətimizi davam etdirəcəyik. Əsas istəyimiz ayrılan hər bir vəsaitin qəsəbəmizin inkişafına və sakinlərimizin rifahına xidmət etməsidir”.

Binəqədi qəsəbə bələdiyyəsi bundan sonra da yerli özünüidarəetmənin inkişafı, maliyyə şəffaflığının təmin edilməsi, ərazinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və sakinlərin müraciətlərinin həlli istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər