Elşad Vəliyev: “Xətai rayonunda abadlıq və yaşıllaşdırma işlərinin davamlı şəkildə aparılması bələdiyyənin də diqqət mərkəzindədir”
“Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Xətai Bələdiyyəsinin iştirakı ilə rayon ərazisində abadlıq və yaşıllaşdırma istiqamətində mütəmadi işlər həyata keçirilir” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri deyib.
Sədr qeyd edib ki, növbəti iməclik çərçivəsində Uşaq və Gənclərin
İnklüziv İnkişaf Mərkəzinin ərazisində əsaslı abadlıq və yaşıllaşdırma işləri
görülüb. Ərazidə mövcud ağacların budanması, yaşıllıqlara aqrotexniki qulluğun
göstərilməsi, ot örtüyünün yenisi ilə əvəzlənməsi həyata keçirilib. Həmçinin ərazinin
ümumi səliqə-sahmanına diqqət yetirilib və daha baxımlı, estetik görünüşün
formalaşdırılması istiqamətində tədbirlər görülüb.
Sədr bildirib ki, aparılan işlər rayon ərazisində
yaşıllıqların qorunması, ekoloji mühitin yaxşılaşdırılması və sakinlər üçün
daha sağlam və əlverişli mühitin yaradılmasına xidmət edir.
Elşad Vəliyev rayon ərazisində abadlıq və yaşıllaşdırma işlərinin
davamlı şəkildə aparılmasının bələdiyyənin də diqqət mərkəzində olduğunu xüsusilə
vurğulayıb.
Xətai rayonunun daha təmiz, abad və yaşıllıqla zəngin olması
üçün həyata keçirilən tədbirlərdə yaxından iştirak edirik. Xüsusilə uşaqların və
gənclərin istifadə etdiyi ərazilərin abad və baxımlı vəziyyətdə saxlanılması
bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə görülən işlər bundan sonra
da davam etdiriləcək.
Sədr sonda bildirib ki, rayon ərazisində həyata keçirilən bu cür tədbirlər Xətai rayonunun daha gözəl, yaşıl və müasir görkəminin formalaşdırılmasına mühüm töhfə verir.
Belediyye.info
Rəylər
0 Rəy