Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-09-2026 , 00:32

147

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Büdcə gəlirlərində artım var”


“2024-cü ilin avqust ayı ilə müqayisədə cari ilin avqust ayında büdcə gəlirində 87 faizlik artım olub. Belə ki cari ilin avqust ayında bələdiyyənin vergi xidmətinin səmərəli fəaliyyəti sayəsində 198.190 manat büdcə gəliri olub. Bu isə 2024-cü illə müqayisədə 92.624 manatlıq artım deməkdir”- bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.

Sədr qeyd edib ki, 2026-ci ilin səkkiz ayında isə əldə edilən 1.625.662 manatın   1.363.297 manatı əmlak vergisindən, 8.144 manatı  torpaq vergisindən 229.491 manatı mehmanxana rüsumlarından, 23.750 manatı isə avtodayanacaqlardan daxil olub. Bununla yanaşı 979 manat reklam ödənişlərindən daxil olub.

Təhillər göstərir ki, 2024- cü ilin avqust üzrə əmlak vergisində 135 faiz, 2025-ci ilin avqust ayı üzrə isə 32 faizlik artım müşahidə olunub. Artımlar bütün istiqamətlər üzrə müşahidə olunub.

Əziz Zeynalov qeyd edib ki, ilin sonunadək büdcə vəsaitlərinin həcminin artım tempi ilə davam etməsi nəzərdə tutulub.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz