Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-07-2026 , 20:47

127

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev: “Ərazidə təmizlik tədbirləri park salınmasına  hazırlıq məqsədi ilə həyata keçirilir”

“Xətai bələdiyyəsi rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə öz töhfəsini verməkdədir” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri  Elşad Vəliyev deyib.

Sədr qeyd edib ki, Xətai RİH -in təşəbbüsü və Xətai bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilən abadlıq, yenidənqurma və ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əsas məqsədi yaşayış məhəllələrinin daha səliqəli, təhlükəsiz və yaşıllıqların salınması üçün əlverişli vəziyyətə gətirilməsidir.

Sədr bildirib ki, növbəti genişmiqyaslı təmizlik işləri bu dəfə A. Rəhimov küçəsi 15 saylı binanın ətraf hissəsində, Məhəmməd Hadi küçəsində yerləşən binaların qarşısında, eləcə də Məhəmməd Hadi küçəsi 6 və 130 saylı binaların ətrafında həyata keçirilib.

Aparılan işlər zamanı uzun illər ərzində yığılıb qalmış kol-kos, sıx sarmaşıqlar, qurumuş bitki qalıqları və müxtəlif  bərk məişət tullantıları tamamilə təmizlənmişdir. Xüsusi texnika və canlı qüvvənin iştirakı ilə görülən işlər nəticəsində ərazidən xeyli həcmdə tullantı yük avtomobilləri vasitəsilə daşınaraq kənarlaşdırılıb.

Sədr bildirib ki, həyata keçirilən layihələr nəticəsində istifadəsiz və baxımsız qalmış sahələr yenidən həyata qaytarılır, sakinlərin rahatlığı və rifahı üçün müasir şəhərsalma prinsiplərinə uyğun abadlıq işləri görülür.

Sədr sonda qeyd edib ki, vergi ödəyicilərimiz yerli vergi və ödənişlərini vaxtında ödəmiş olsalar Xətai bələdiyyəsi bundan sonra da rayonun müxtəlif ünvanlarında təmizlik, yaşıllaşdırma və abadlıq tədbirlərini davam etdirəcəkdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Əziz Zeynalova ağır itki üz verib

Bakı
22-06-2026
1335