Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-07-2026 , 21:49

226

Son xəbərlər

Bütün xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: “Bələdiyyənin vergi xidməti hədəfə doğru addımlamaqdadır"

 “Bu gün Şüvəlan bələdiyyəsinin əsas məqsədi büdcə gəlirlərini artırmaqla sakinləri narahat edən məsələlərin həllini sürətləndirməkdən ibarətdir”- bu fikriləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Telman Süleymanov deyib.

Sədr qeyd edib ki, bələdiyyənin vergi xidmətinin sistemli və planlı fəaliyyəti sayəsində 2024-cü illə müqayisədə büdcə gəlirlərində 1.11 dəfə artım müşahidə olunub. Əmlak vegisində 91 faiz, torpaq vergisində isə 2.38 dəfə artım əldə olunub.

Əldə olunan maliyyə vəsaitinin həcminə toxunan sədr qeyd edib ki, ümumi olaraq cari ilin altı ayında 126.883 manat əldə olunub ki, onunda  99.421 manat əmlak vergisindən, 27.462 manat isə torpaq vergisindən əldə olunub.

2025-ci ilin altı ayında 68.803 manat əldə olunub ki, onunda  60.320 manat əmlak vergisindən, 8.483 manat torpaq vergisindən əldə olunub.

2024-ci ilin altı ayında isə ümumi olaraq  60.122 manat əldə olunub ki, onunda  51.995  manat əmlak vergisindən, 8.126 manat torpaq vergisindən əldə olunub.

Hazırda bələdiyyənin vergi xidmıəti vergi-uçot sistemində mövcud olan boşluqları aradan qaldırmaqla yanaşı, vergi ödəyiciləri haqqında əlaqə məlumatlarının dəqiqləşdirməklə məşğuldur. Bununla yanaşı mütəmadi olaraq vergi ödəyiciləri ilə görüşlərin təşkili, onlarla maarifləndirici söhbətlərin aparılması xidmətin əsas fəaliyyət istiqamətlərindəndir.

Əldə etdiyimiz maliyyə vəsaiti ilə qəsəbə ərazisində bır sıra əhəmiyyətli layihələrin icrası həyata keçirilib. Bununla yanaşı əhalinin həssas təbəqəsinə maddi dəstəyin göstərilməsi də bələdiyyənin əsas prioritet istiqamətlərindəndir.

Sədr qeyd edib  ki, cari ildə hədəfimiz büdcə gəlirlərinin həcmini 300 min manata çatdırmaqdır. İnanırıq ki, bələdiyyənin vergi xidməti bu hədəfə  çatmaqla bələdiyyənin vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəsini verəcəkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz