Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-07-2026 , 23:04

127

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Yerli vergilər üzrə  əmsal dərəcələrinin aşağı səviyyədə olması nəticədə büdcə gəlirlərinə də öz mənfi təsiri göstərməkdədir”

“Vergi-uçot sistemi düzgün istiqamətdə qurulubsa, vergi xidməti BAMS-ın yaratdığı imkanlardan yetərincə istifadə edə bilirsə, bələdiyyənin BAMS-a aid olan hissəsində bütün boşluqlar vaxrında aradan qaldırılırsa, üstəlik vergi ödəyiciləri ilə mütəmadi olaraq izahat xarakterli söhbətlər aparılırsa, demək  bələdiyyə düzgün yoldadır”- bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli ilə görüşdə deyib.

Sədr qeyd edib ki, bu gün bələdiyyənin xəritəsinin verilməməsi, üstəlik yerli vergilər üzrə  əmsal dərəcələrinin aşağı səviyyədə olması nəticədə büdcə gəlirlərinə də öz mənfi təsirini göstərmiş olur. 1999-cu ildə qəbul edilmiş əmsal dərəcələrinə inidyədək baxılmaması sadəcə təəssüf doğurur.

Nəzərə alaq ki, büdcə gəlirlərinin artması hər bir halda vətəndaşın qaldırdığı problemin həllini sürətləndirmiş olacaqdır. Və bu da öz növbəsində ölkə başçısının tələb etdiyi vətəndaş məmnunluğunun təmin  edilməsi kimi başa düşülməlidir.

Sədr qeyd edib ki, 2024-cü ilin birinci yarısı ilə müqayisədə cari ilin birinci yarısında büdcə gəlirində 83 faizlik artım olub. Bu isə ümumilikdə 556.338 manatlıq artım deməkdir.

Bu artımın əldə olunmasında kollektivin hər bir üzvünün öz töhfəsi var.  Öz enerjisini, intellektini lazımı səviyyədə bələdiyyənin inkişafına sərf edən hər bir  bələdiyyə üzvü və  ya qulluqçusu bütün hallarda çəkdiyi əziyyətin qarşılığını görür.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli Nəsimi bələdiyyəsinin son illərdə əldə etdiyi uğurlardan,   həm də rayon sakini olaraq, məmnun qaldığını bildirib.

Bu gün Nəsimi bələdiyyəsinin  büdcə gəlirlərinin həcminə görə ilk beşlikdə yer alması bütün hallarda böyük uğur hesab edilməlidir.

Kollektivin birgə səyi ilə problemləri dəf etməsi, bir sıra yeniliklərə imza atması hər halda təqdirəlayiq haldır, məqbul sayılmalıdır.

Görüşün sonunda hər iki tərəfi maraqlandıran mövzular ətrafında müzakirə aparılmışdır.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər