Əziz Zeynalov: “Yerli vergilər üzrə əmsal dərəcələrinin aşağı səviyyədə olması nəticədə büdcə gəlirlərinə də öz mənfi təsiri göstərməkdədir”
“Vergi-uçot sistemi düzgün istiqamətdə qurulubsa, vergi xidməti BAMS-ın yaratdığı imkanlardan yetərincə istifadə edə bilirsə, bələdiyyənin BAMS-a aid olan hissəsində bütün boşluqlar vaxrında aradan qaldırılırsa, üstəlik vergi ödəyiciləri ilə mütəmadi olaraq izahat xarakterli söhbətlər aparılırsa, demək bələdiyyə düzgün yoldadır”- bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli ilə görüşdə deyib.
Sədr qeyd edib ki, bu gün bələdiyyənin xəritəsinin verilməməsi, üstəlik yerli vergilər üzrə əmsal dərəcələrinin aşağı səviyyədə olması nəticədə büdcə gəlirlərinə də öz mənfi təsirini göstərmiş olur. 1999-cu ildə qəbul edilmiş əmsal dərəcələrinə inidyədək baxılmaması sadəcə təəssüf doğurur.
Nəzərə alaq ki, büdcə gəlirlərinin artması hər bir halda vətəndaşın
qaldırdığı problemin həllini sürətləndirmiş olacaqdır. Və bu da öz növbəsində
ölkə başçısının tələb etdiyi vətəndaş məmnunluğunun təmin edilməsi kimi
başa düşülməlidir.
Sədr qeyd edib ki, 2024-cü ilin birinci yarısı ilə müqayisədə
cari ilin birinci yarısında büdcə gəlirində 83 faizlik artım olub. Bu isə
ümumilikdə 556.338 manatlıq artım deməkdir.
Bu artımın əldə olunmasında kollektivin hər bir üzvünün öz
töhfəsi var. Öz enerjisini, intellektini lazımı səviyyədə bələdiyyənin
inkişafına sərf edən hər bir bələdiyyə üzvü və ya qulluqçusu bütün
hallarda çəkdiyi əziyyətin qarşılığını görür.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri
Vüqar Tofiqli Nəsimi bələdiyyəsinin son illərdə əldə etdiyi uğurlardan,
həm də rayon sakini olaraq, məmnun qaldığını bildirib.
Bu gün Nəsimi bələdiyyəsinin büdcə gəlirlərinin həcminə
görə ilk beşlikdə yer alması bütün hallarda böyük uğur hesab edilməlidir.
Kollektivin birgə səyi ilə problemləri dəf etməsi, bir sıra
yeniliklərə imza atması hər halda təqdirəlayiq haldır, məqbul sayılmalıdır.
Görüşün sonunda hər iki tərəfi maraqlandıran mövzular ətrafında
müzakirə aparılmışdır.
Belediyye.info
Rəylər
0 Rəy