Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-07-2026 , 15:39

145

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Zirə bələdiyyəsi tərəfindən iyun ayında qəsəbə ərazisində bir sıra layihələr icra edilib


Xəzər rayonu, Zirə bələdiyyəsi tərəfindən cari ilin iyun ayı ərzində qəsəbə ərazisində bır sıra layihələri icra edib. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Məlumatda qeyd edilir ki, Zirə qəsəbəsinin abadlaşdırılması, ekoloji vəziyyətinin yaxşılaşdırılması, infrastrukturun gücləndirilməsi və sakinlərin sosial rifahının yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Belə ki, qəsəbə daxilində yerləşən köhnə qəbiristanlıq ərazisində geniş təmizlik işləri aparılmış, alaq otları biçilərək ərazi səliqəyə salınmışdır. Görülən işlər qəbiristanlığın daha baxımlı vəziyyətdə saxlanılmasına və ərazidə sanitar vəziyyətin yaxşılaşdırılmasına xidmət etmişdir.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid Rzabala Babayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə onun evinin qarşısında şəhid haqqında məlumatları əks etdirən lövhə quraşdırılmışdır. Lövhənin yerləşdirildiyi divarda əvvəlcədən suvaq və emulsiya işləri görülərək ərazi abadlaşdırılmışdır.

Bununla yanaşı ay ərzində Müslüm Maqomayev adına küçədə məişət və bərk tullantıların yığılaraq daşınması, ərazinin təmizlənməsi işləri həyata keçirilmiş, küçənin sanitar vəziyyəti yaxşılaşdırılmışdır.

Qəsəbənin əsas küçələrindən hesab edilən Natavan,S.Ə.Şirvani,Nadir Hüseynov küçələrinin kəsişdiyi Əbdülhəsən Babayev küçəsində yerləşən yağış sularının axıdılması sisteminin daha səmərəli fəaliyyət göstərməsi məqsədilə və növbəti payız-qış mövsümünü nəzərə alaraq əlavə nasos alınmış və quraşdırılmışdır. Bu tədbir xüsusilə intensiv yağıntılar zamanı yaranan problemlərin qarşısının alınmasına yönəlmişdir.

Zirə qəsəbə parkında yaşıllıqların qorunması və ağaclara aqrotexniki qulluq işləri çərçivəsində ağacların əhənglənməsi həyata keçirilmişdir. Bu tədbir ağacların müxtəlif zərərvericilərdən qorunmasına və sağlam inkişafına kömək edir.

Məlumatda bildiririlir ki, Zirə Bələdiyyəsi qəsəbənin inkişafı, ətraf mühitin mühafizəsi, infrastrukturun təkmilləşdirilməsi və sakinlərin rifahının yüksəldilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər