Zirə bələdiyyəsi tərəfindən iyun ayında qəsəbə ərazisində bir sıra layihələr icra edilib
Xəzər rayonu, Zirə bələdiyyəsi tərəfindən cari ilin iyun ayı ərzində qəsəbə ərazisində bır sıra layihələri icra edib. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Məlumatda
qeyd edilir ki, Zirə qəsəbəsinin abadlaşdırılması,
ekoloji vəziyyətinin yaxşılaşdırılması, infrastrukturun gücləndirilməsi və
sakinlərin sosial rifahının yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata
keçirilmişdir.
Belə ki, qəsəbə daxilində
yerləşən köhnə qəbiristanlıq ərazisində geniş təmizlik işləri aparılmış, alaq
otları biçilərək ərazi səliqəyə salınmışdır. Görülən işlər qəbiristanlığın daha
baxımlı vəziyyətdə saxlanılmasına və ərazidə sanitar vəziyyətin
yaxşılaşdırılmasına xidmət etmişdir.
Vətənimizin ərazi bütövlüyü uğrunda
canından keçmiş şəhid Rzabala Babayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə
onun evinin qarşısında şəhid haqqında məlumatları əks etdirən lövhə
quraşdırılmışdır. Lövhənin yerləşdirildiyi divarda əvvəlcədən suvaq və emulsiya
işləri görülərək ərazi abadlaşdırılmışdır.
Bununla
yanaşı ay ərzində Müslüm Maqomayev adına küçədə məişət və bərk tullantıların
yığılaraq daşınması, ərazinin təmizlənməsi işləri həyata keçirilmiş, küçənin
sanitar vəziyyəti yaxşılaşdırılmışdır.
Qəsəbənin əsas
küçələrindən hesab edilən Natavan,S.Ə.Şirvani,Nadir Hüseynov küçələrinin
kəsişdiyi Əbdülhəsən Babayev küçəsində yerləşən yağış sularının
axıdılması sisteminin daha səmərəli fəaliyyət göstərməsi məqsədilə və növbəti
payız-qış mövsümünü nəzərə alaraq əlavə nasos alınmış və quraşdırılmışdır. Bu
tədbir xüsusilə intensiv yağıntılar zamanı yaranan problemlərin qarşısının
alınmasına yönəlmişdir.
Zirə qəsəbə parkında
yaşıllıqların qorunması və ağaclara aqrotexniki qulluq işləri çərçivəsində
ağacların əhənglənməsi həyata keçirilmişdir. Bu tədbir ağacların müxtəlif
zərərvericilərdən qorunmasına və sağlam inkişafına kömək edir.
Məlumatda
bildiririlir ki, Zirə Bələdiyyəsi qəsəbənin inkişafı, ətraf mühitin mühafizəsi,
infrastrukturun təkmilləşdirilməsi və sakinlərin rifahının yüksəldilməsi
istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy