Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-06-2026 , 20:49

103

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təhsildə uğur qazanmış məzunlara bələdiyyə tərəfindən “Təşəkkürnamə”lər təqdim edilib


13 iyun 2026-cı il tarixində 259  və 69 nömrəli məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva məzunları təbrik edərək bildirdi ki, məktəb illərində qazandıqları bilik və dəyərlər onların gələcək uğurlarının əsasını təşkil edəcək. O, məzunlara yeni həyat mərhələsində uğurlar arzuladı. Daha sonra buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərə təltifnamələr təqdim olundu.

Tədbirdə həmçinin təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov, Balaxanı Kənd Ağsaqqallar Şurasının sədri Hacı Həsən, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüsal Hüseynov və Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova çıxış edərək məzunları təbrik etdilər, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzuladılar.

Sonda hər iki məktəbdə təhsildə uğurlu naliyyətlər qazanmış məzunlara Balaxanı bələdiyyəsi tərəfindən təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim edilib. 

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər