Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-06-2026 , 15:38

153

Son xəbərlər

Bütün xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

“Son zəng” tədbirində Buzovna bələdiyyəsinin rəsmiləri də iştirak ediblər


Bu gün ölkəmizin hər bir  ümumi təhsil müəssisələrində olduğu kimi, Buzovna qəsəbəsi İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbdə də “Son zəng” tədbirləri keçirilib.  “Son zəng” tədbirində Xəzər RİHBA-nın məsul əməkdaşları, Buzovna bələdiyyəsinin rəsmiləri,  müəllim-şagird kollektivi və valideynlər iştirak etmişlər.

Tədbir zamanı 2025-2026-ci tədris ilinin uğurlarından söz açılaraq təhsil sahəsində əldə edilən nəaliyyətlər diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, həyata keçirilən təhsil islahatları bütün ölkədə, o cümlədən Xəzər rayonunda da yüksək inkişafa stimul olub. Əsası Ümummilli lider Heydər Əliyev qoyulan elm və təhsillə bağlı siyasət artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Ulu öndərin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Ümummilli lider tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Ölkə başçısı cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilməkdədir.

Tədbir zamanı çıxış edən məzunlar müasir standartlara cavab verən ümumtəhsil müəssisələrində yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Sonda məzunlar “Son zəng” münasibətilə təbrik edilmiş, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulanmışdır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər