Hövsan bələdiyyəsi fəaliyyətini əks etdirən broşürləri sakinlərə təqdim edib
Hövsan Bələdiyyəsi tərəfindən bələdiyyənin fəaliyyəti, həyata keçirdiyi tədbirlər və ictimai maraq kəsb edən işləri barədə məlumatların əks olunduğu broşür hazırlanaraq qəsəbə sakinləri arasında paylanılıb. Broşürdə bələdiyyənin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və görülmüş işlər barədə məlumatlar yer alıb. Hazırlanmış nəşrin əsas məqsədi sakinlərin bələdiyyənin fəaliyyəti barədə daha dolğun məlumat əldə etməsinə və yerli özünüidarəetmə orqanının gördüyü işlərlə yaxından tanış olmasına şərait yaratmaqdır.
Hövsan Bələdiyyəsi fəaliyyətinin şəffaflığının təmin
edilməsi və ictimaiyyətin məlumatlandırılması istiqamətində bundan sonra da
müvafiq tədbirləri davam etdirəcəkdir.
Suraxanı rayonu, Hövsan bələdiyyəsi