Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-06-2026 , 12:57

258

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Səngəçal bələdiyyəsinin sədri istefa verib

Qaradağ rayonu Səngəçal bələdiyyəsinin sədri Nəzrin Soltanova vəzifəsindən istefa verib. Bununla bağlı keçirilən növbədənkənar bələdiyyə iclasında bildirilib. İclasda Səngəçal bələdiyyəsinin sədri vəzifəsinin  icrası  müvəqqəti olaraq  sədr müavini Zöhrab Babayevə həvalə edilib.

Qeyd edək ki, Zöhrab Babayev 2025-ci ilin yanvar ayında keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü, fevralında isə bələdiyyənin  ilk iclasında sədr müavini vəzifəsinə seçilib.

Əvvəlki sədr Nəzrin Soltanovanın başqa işə keçməsi ilə əlaqədar istefa verdiyi deyilir.

Qeyd edək ki, 2025-ci ilin yanvarında keçirilən bələdiyyə seçkilərində Çeyidağ və Ümid bələdiyyələri Səngəçal bələdiyyəsinə birləşdirilərək yenidən formaşaldırılmışdı.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər