Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-06-2026 , 11:33

288

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bu rayonda yeddi bələdiyyədən niyə ikisinin fəaliyyəti görünür?

Son seçkilərdən sonra Qaradağ rayonunda yeddi bələdiyyə formalaşdırıldı. Əvvəl ki beşillikdə mövcud olan 10 bələdiyyədən yalnız, Lökbatan, Sahil və bəzən də Ələt bələdiyyəsinin fəaliyyətini görmək olardı. Digər bələdiyyələrin fəaliyyəti sanki havadan asılı vəziyyətdə idi.

Bu gün formalaşan  Lökbatan, Sahil, Qobustan, Səngəçal, Qızıldaş, Muşfiqabad, Ələt bələdiyyələrindən isə fəaliyyəti görünən yalnız Sahil, Qobustan bələdiyyələridir. Maraqlıdır, daim fəaliyyəti ilə seçilən Lökbatan bələdiyyəsi indi nə iş görür. Hansı layihə icra edir. Sədrin fəaliyyəti nədən ibarətdir. Bilən varmı? Müşfiqabad bələdiyyəsinin əvvəl ki illərdə külli miqdarda DSMF borcu yaranmışdı. Onun aqibəti nə yerdədir?  Məlumatı olan varsa xəbər versin. Adıçəkilən bələdiyyələrdə şəffaflıq və hesabatlılıq necə təmin olunur? Vətəndaşın bələdiyyənin fəaliyyətindən xəbəri yoxdursa demək bələdiyyə işləmir, yerində sayır.

Adıçəkilən bələdiyyə sədrlərinə xatırladıram ki, artıq fəaliyyətinizin il yarımı geridə qalır. Bəs nə vaxt fəaliyyət göstərib, onu ictimailəşdirəcəksiniz. Anlaşılan deyil ki, rayonda7 bələdiyyənin yalnız ikisinin-Sahil və Qobustan bələdiyyələrinin  fəaliyyəti hiss olunur. Bəs digərləri nə işlə məşğuldurlar. Bəlkə deyəsiniz, bizdə bilək və paylaşaq. Nə isə...

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər