Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-06-2026 , 21:56

108

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nailə Nəsirova:  “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid olan qəsəbə sakinlərinin övladları ziyarət olunub”

“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində qəsəbə ərazisində olan şəhid ailələrinin məktəbyaşlı uşaqları ziyarət olunub” -bu fikirləri Belediyye. infoya Sabunçu rayonu, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova deyib.

Sədrin sözlərinə görə, bayran günü ərəfəsində bələdiyyənin üzv və qulluqçularının iştirakı ilə şəhid olan qəsəbə sakinlərinnin övladları ziyarət olunmuş, hədiyyələr təqdim edilmiş, ailə üzvləri ilə söhbətlər aparılmışdır.

Sədr bildirib ki, dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da  yüksək səviyyədə qeyd edilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.

Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib. Ulu öndərin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib.

Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.

Belə bir gündə hər bir bələdiyyə, o cümlədən Zabrat bələdiyyəsi  öz töhfəsini verməkdədir.

 Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər