Nailə Nəsirova: “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid olan qəsəbə sakinlərinin övladları ziyarət olunub”
“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində qəsəbə ərazisində olan şəhid ailələrinin məktəbyaşlı uşaqları ziyarət olunub” -bu fikirləri Belediyye. infoya Sabunçu rayonu, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova deyib.
Sədrin sözlərinə görə, bayran günü ərəfəsində bələdiyyənin üzv və qulluqçularının iştirakı ilə şəhid olan qəsəbə sakinlərinnin övladları ziyarət olunmuş, hədiyyələr təqdim edilmiş, ailə üzvləri ilə söhbətlər aparılmışdır.
Sədr bildirib ki, dünyanın əksər ölkələrində olduğu kimi, bu
gün Azərbaycanda da yüksək səviyyədə qeyd edilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə
layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Prezident İlham
Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini
dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.
Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndərimiz
Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla
bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər
planı qəbul edilib. Ulu öndərin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və
protokollar ratifikasiya edilərək qüvvəyə minib.
Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti
ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata
keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş
uşaqlara diqqət və qayğı ilə yanaşır.
Belə bir gündə hər bir bələdiyyə, o cümlədən Zabrat bələdiyyəsi öz töhfəsini verməkdədir.
Belediyye.info
Rəylər
0 Rəy