Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-05-2026 , 23:20

104

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Yüksək nəticələr əldə edən şagirdlərlə görüş  Maştağa bələdiyyəsinin təşəbbüsü keçirilib

Maştağa bələdiyyəsinin təşəbbüsü ilə təhsil sahəsində yüksək nəticələr əldə edən şagirdlərlə görüş keçirilib.

Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə Respublika Fənn Olimpiadalarında və digər intellektual müsabiqələrdə fərqlənmiş şagirdlər, məktəb rəhbərliyi, sinif rəhbərləri və fənn müəllimləri iştirak ediblər. Çıxışlar zamanı qeyd olunub ki, şagirdlərin qazandığı uğurlar yalnız fərdi nailiyyət deyil, eyni zamanda müəllim əməyinin, məktəb mühitinin və təhsilə verilən önəmin bariz göstəricisidir.

Bildirilib ki, ölkəmizdə təhsilin inkişafı, gənclərin elmə və bilik yarışlarına marağının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan belə uğurlar gələcəyin savadlı, vətənpərvər və intellektual gəncliyinin formalaşmasına mühüm töhfə verir.

Görüş çərçivəsində fərqlənən şagirdlərə Maştağa bələdiyyəsi tərəfindən təltifnamələr və hədiyyələr təqdim olunub, onların əzmkarlığı və zəhməti yüksək qiymətləndirilib.

Maştağa bələdiyyəsi bundan sonra da təhsilə və gənclərin inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləməkdə davam edəcək.

Sabunçu rayonu, Maştağa bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər