Daha bir bələdiyyə qulluqçusu “Fəxri Fərman”la təltif edilib
Suraxanı rayonu Hövsan bələdiyyəsinin qulluqçusu Mehriban Əsgərova YAP-ın Suraxanı təşkilatı tərəfindən “Fəxri Fərman”la təltif edilib.
Belediyye.infoya
daxil olan məlumata görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
103-cü ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev irsi: Dünənin təcrübəsi,
bu günün reallığı, sabahın strategiyası” adlı tədbirdə rayonun ictimai-siyasi həyatında
səmərəli fəaliyyətinə görə rayon təşkilatının sədri Vüqar Seyidovun əmri ilə bələdiyyə
qulluqçusu Mehriban Əsgərova “Fəxri Fərman”la
təltif olunub.
Qeyd
edək ki, Mehriban Əsgərova 2019-cu ildən bələdiyyədə kargüzar vəzifəsində
çalışır və bu illər ərzində aktiv fəaliyyəti ilə seçilib.
Qeyd edilən tədbirdə “Fəxri Fərmanı” Suraxanı RİH başçısı Adil Əliyev təqdim edib.
Belediyye.info
Rəylər
0 Rəy