Xətai rayonunda "Ənənədən gələcəyə-Birgə yarat" adlı layihə həyata keçirilib
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində, Xətai Rayon İcra Hakimiyyəti, Xətai Rayon Bələdiyyəsi, 3 saylı Uşaq Evi və Sariban Peşə İnkişaf Mərkəzinin təşkilati dəstəyi ilə “Ənənədən Gələcəyə – Birgə Yarat” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində uşaq evindən 5 oğlan və 5 qız olmaqla ümumilikdə 10 uşaq üçün Ramana kəndinə ekskursiya təşkil olunub.
Ekskursiya zamanı uşaqlar Ramana qalası və qədim tarixə
malik 40 pilləli su ovdanı ilə tanış olublar. Bununla yanaşı, onlar qədim sənət
növlərindən biri olan dulusçuluq üzrə master-klasda iştirak edərək maraqlı təcrübə
qazanıblar.
Layihənin əsas məqsədi
tarixi ənənələrə bağlılığı qorumaq, qədim məkanları yeni nəslə tanıtmaq,
uşaqların asudə vaxtının səmərəli təşkilinə dəstək olmaq və yetişməkdə olan gənc
nəsildə milli-mənəvi dəyərlərə marağı artırmaqdır. Eyni zamanda layihə gender bərabərliyini
təşviq edən sosial təşəbbüs kimi də xüsusi əhəmiyyət daşıyır.
Layihənin ideya müəllifi Xətai Bələdiyyəsinin üzvü Səbinə Abdullayevadır.
Rəylər
0 Rəy