Anar Adıgözəlov: “Maştağa qəsəbəsində abadlıq və yol təmir işləri davam etdirilir”
“Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yolun mövcud vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ərazidə yaşayan sakinlərin kollektiv müraciəti Maştağa bələdiyyəsində müzakirə olunmuş və müraciət əsasında müvafiq qərar qəbul edilmişdir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.
Sədr qeyd edib ki, qəbul olunmuş qərara uyğun olaraq qeyd
olunan ünvanda abadlıq və cari yol təmir işləri həyata keçirilmişdir. Görülmüş
işlər çərçivəsində yol səthi xüsusi texnikalar vasitəsilə hamarlanmış, mövcud
çuxurlar karbonat materialı ilə doldurularaq möhkəmləndirilmiş, səth bərabərləşdirilmiş
və yol boyunca çınqıl örtüyü tətbiq edilərək ərazi nəqliyyat vasitələri və
piyadaların istifadəsi üçün daha əlverişli vəziyyətə gətirilmişdir.
Xüsusilə qeyd edək ki, Novruz və Ramazan bayramı günlərində
cari təmir işləri fasiləsiz davam etdirilmiş və yol qısa müddətdə sakinlərin
istifadəsinə verilmişdir.
Aparılan işlər nəticəsində küçədaxili yolun texniki vəziyyəti
əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, sakinlərin gündəlik hərəkəti üçün daha təhlükəsiz
və rahat şərait yaradılmışdır.
Maştağa bələdiyyəsi tərəfindən qəsəbə ərazisində abadlıq, infrastrukturun yaxşılaşdırılması və vətəndaş müraciətlərinə operativ baxılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.
Belediyye.info
Rəylər
0 Rəy