Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-03-2026 , 01:11

87

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Cari ilin iki ayı ərzində büdcə gəlirlərində kifayət qədər artım müşahidə olunub”


 “Bələdiyyənin vergi xidmətinin əsas vəzifəsi dekabr ayında təsdiq edilmiş büdcənin icrasını həyata keçirmək üçün ciddi şəkildə çalışmaqdır”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.

Sədr bildirib ki, cari ilin yanvar və fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə daxilolmalarında  ciddi artım müşahidə olunub.

Belə ki, yanvar ayında ümumi büdcə gəlirlərində 34 faiz, fevral ayında isə 19 faizlik artım olub. Rəqəmlərlə ifadə etsək  yanvar ayında  62.777 manat, fevral aynda isə  37.973 manat artım olub.  Sədr bildirib ki, cari ildə hədəfimiz üç milyon manat olmasını nəzərdə tutsaq da bu gedişlə biz 3.5 milyon manatı keçəcəyik.

Sədr qeyd edib ki,  11mart 2026-cı ildə  “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı bələdiyyələrin büdcə gəlirlərinin  artmasına ciddi şəkildə öz təsirini göstərəcəkdir. Alqı-satqı əməliyyatları zamanı borclu vətəndaşların müəyyən edilərək borclarının ödənilməsi, istərsə də digər vacib məqamlarım qərarda yer alması düşünmək olar ki, tezliklə öz həllini real şəkildə tapmaqla bələdiyyələrin büdcə gəlirlərinin artımına öz müsbət təsirini göstərəcəkdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər