Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-02-2026 , 11:03

129

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mürsəl Eminov: “Bələdiyyədə vergi-uçot sistemi təcrübəsi yayıla biləcək bir səviyyədə qurulub”


“Bələdiyyənin uğuru ilik nöbədə bu qurumda vergi-uçot sisteminin hansı səviyyədə  qurulmasından çox asılıdır. Bu gün Binəqədi bələdiyyəsində bu sistem təcrübəsi yayıla biləcək bir səviyyədə qurulub. Məhz bu fəaliyyətin nəticəsidir ki, icra-probasiya orqanına göndərilən aktların sayı ilbəil azalmaqdadır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Mürsəl Eminov deyib.

Sədr deyib ki, 2024-cü ildə qəbul edilmiş bələdiyyə aktlarının sayı 1.100 idisə, bunun da  müqabilində bələdiyyə büdcəsinə 13.000 manat vəsait daxil olub.

Bələdiyyənin vergi xidmətinin vergi ödəyiciləri ilə apardığı maarifləndirici söhbətlərin, mütəmadi görüşlərin nəticəsində 2025-ci ildə qəbul edilmiş bələdiyyə aktlarının sayı 670 -ə düşüb. Bizim məqsədimiz seçicimizlə bağlı tərtib edilmiş aktı müvafiq orqana deyil, məhz vergi ödəyicisi kimi maarifləndirilməsinə yönəltməkdir. Bu addımla  həm də vətəndaş məmnunluğunun təmin etmiş oluruq. Vergi ödəyiciləri ilə qarşılıqlı əməkdaşlıq son nəticədə vergilərin vaxtında ödənməsinə və bələdiyyənin hansısa layihəsinin icrasının sürətlənməsinə səbəb olur. Bu isə o deməkdir ki, vergi ödəyiciləri bildirişlər üzrə yerli vergilərini vaxtında ödəməklə  bələdiyyənin səmərəli fəaliyyətinə öz töhfələrini verirlər.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər