Allahverdi Həsənli: “Əldə etdiyimiz vəsait son nəticədə secicilərimizin qaldırdığı məsələlərin həllinə yönəldilir”
“Bu gün Əhmədli bələdiyyəsinin kollektivi qəsəbə sakinlərinə layiqincə xidmət etmək üçün var qüvvəsi ilə çalışır. Bunun üçün ilk növbədə büdcə gəlirlərini artırmaq barədə qəbul etdiyi qərarların icrası ilə məşğuldur”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Allahverdi Həsənli deyib.
Sədr
qeyd edib ki, Əhmədli bələdiyyəsi olaraq Xətai RİH-in dəstəyi və təşkilatçılığı ilə qəsəbədə
əsaslı şəkildə həyata keçirilən abadlıq-quruculuq işlərinə az da olsa öz töhfəsini
verməyə çalışır. Lakin həyata keçirlən hər bir layihə maliyyə tələb etdiyindən bələdiyyənin vergi xidməti büdcə gəlirlərini
artırmaq üçün BAMS -ın yaratdığı imkanlardan tam şəkildə istifadə etməyə
çalışır. Bununla yanaşı icra-probasiya qurumları ilə əməkdaşlığın onlayn qaydada aparılması ümumi prosesin sürətini bir xeyli
artırıb.
Məhz
görülən işlərin, atılan addımların sayəsində 2024-cü ilin yanvar ayı ilə
müqayisədə, cari ilin yanvarında büdcə gəlirlərinin həcmi 116 faiz artıb. Belə ki, əgər 2024-cü ilin yanvar ayında ay ərzində
10.325 manat büdcə gəliri əldə edilmişdirsə,
cari ilin yanvar ayında bu rəqəm 22.375 manat təşkil edib. Bu rəqəmin yüksək olmasında icra-probasiya
xidmətinin də öz əməyi olub. Belə ki, bələdiyyə tərəfindən onlayn qaydada göndərilən
sənədlərin icrası ləngimədən öz həllini tapıb.
Qəsəbədə
vergi ödəyicilərinin sayı və ödəniş səviyyəsini
nəzərə alib deyə bilərik ki, cari ildə əldə edəcəyimiz büdcə gəlirinin həcmi
maksimum 200 min manat ola bilər. Ancaq bunun
üçün vətəndaşlarımızda öz öhdələrinə düşən vəzifəni, yəni vergilərini vaxtında
ödəmiş olsunlar ki, əlavə olaraq dəbbə pulu(faiz) ödəməsinlər.
Bütün
hallarda əldə etdiyimiz vəsait son nəticədə secicilərimizin qaldırdığı məsələlərin həllinə yönəldilir.
Belediyye.info
Rəylər
0 Rəy