Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-02-2026 , 21:45

922

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Allahverdi Həsənli: “Əldə etdiyimiz vəsait son nəticədə secicilərimizin qaldırdığı məsələlərin  həllinə yönəldilir”

“Bu gün Əhmədli bələdiyyəsinin kollektivi  qəsəbə sakinlərinə layiqincə xidmət etmək üçün var qüvvəsi ilə çalışır. Bunun üçün ilk növbədə büdcə gəlirlərini artırmaq barədə qəbul etdiyi qərarların icrası ilə məşğuldur”- bu fikirləri Belediyye.infoya  adıçəkilən bələdiyyənin sədri Allahverdi Həsənli deyib.

Sədr qeyd edib ki, Əhmədli bələdiyyəsi olaraq  Xətai RİH-in dəstəyi və təşkilatçılığı ilə qəsəbədə əsaslı şəkildə həyata keçirilən abadlıq-quruculuq işlərinə az da olsa öz töhfəsini verməyə çalışır. Lakin həyata keçirlən hər bir layihə maliyyə tələb etdiyindən  bələdiyyənin vergi xidməti büdcə gəlirlərini artırmaq üçün BAMS -ın yaratdığı imkanlardan tam şəkildə istifadə etməyə çalışır. Bununla yanaşı icra-probasiya qurumları ilə  əməkdaşlığın onlayn qaydada  aparılması ümumi prosesin sürətini bir xeyli artırıb.

Məhz görülən işlərin, atılan addımların sayəsində 2024-cü ilin yanvar ayı ilə müqayisədə, cari ilin yanvarında büdcə gəlirlərinin həcmi 116 faiz artıb.  Belə ki, əgər 2024-cü ilin yanvar ayında ay ərzində 10.325  manat büdcə gəliri əldə edilmişdirsə, cari ilin yanvar ayında bu rəqəm 22.375 manat təşkil  edib. Bu rəqəmin yüksək olmasında icra-probasiya xidmətinin də öz əməyi olub. Belə ki, bələdiyyə tərəfindən onlayn qaydada göndərilən sənədlərin icrası ləngimədən öz həllini tapıb.

Qəsəbədə vergi ödəyicilərinin sayı və ödəniş  səviyyəsini nəzərə alib deyə bilərik ki, cari ildə əldə edəcəyimiz büdcə gəlirinin həcmi maksimum  200 min manat ola bilər. Ancaq bunun üçün vətəndaşlarımızda öz öhdələrinə düşən vəzifəni, yəni vergilərini vaxtında ödəmiş olsunlar ki, əlavə olaraq dəbbə pulu(faiz) ödəməsinlər.

Bütün hallarda əldə etdiyimiz vəsait son nəticədə secicilərimizin qaldırdığı məsələlərin  həllinə yönəldilir.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər