Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-01-2026 , 01:04

633

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev: "Xətai bələdiyyəsi daha bir məhəllədə abadlıq işlərinə yekun vurub"

"Xətai rayonunda daha bir məhəllənin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması başa çatdırılıb” - bu fikirləri Beledyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bildirib.

Sədr qeyd edib ki, Xətai RİH-in rayonda həyata keçirdiyi abadlıq-quruculuq işlərinə dəstək olaraq Xətai bələdiyyəsi daim rayonda iri maliyyə tutumlu layihələrin icrasını layiqincə icra etməkdədir.

Elşad Vəliyev açıqlmasında bildirib ki, aparılan abadlıq və yenidənqurma işləri nəticəsində təqribən 1500 nəfər sakinin yaşadığı Xudu Məmmədov küçəsi 33 ünvanında bir hektarlıq ərazidə abadlıq, quruculuq işlərinə artıq yekun vurulub.

Beton örtüyü salınıb, əraziyə tamet daşlar  düzülüb və 3500 kvadratmetr sahəyə yaşıl örtük çəkilib,  yeni bardürlər qoyulub. Bununla yanaşı bəzi sakinlər tərəfindən zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb. Ərazidə həmçinin  müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb, bununla yanaşı kiçik tullantılar üçün zibil qutuları qoyulub. Həmçinin ərazidə müasir işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdırılması  da həyata keçirilib.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün artıq əraziyə  söhbətgah və oturacaqlarda quraşdırılıb. 

Sədr sonda bildirib ki,  Xətai bələdiyyəsi olaraq bundan sonra seçicilərinə verdiyi sözü tutaraq bundan sonra vətəndaş məmnunluğunun təmin edilməsi üçün ciddi layihələri həyata keçirmək niyyətindədir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər