Bələdiyyə sədri: “Hər bir bələdiyyə üzvü və qulluqçusu şəhid və qazi ailələrinə hörmət və ehtiramla yanaşmağı özünün əsas vəzifəsi hesab edir.”
“8 Noyabr – Zəfər Günü münasibətilə Badamdar Bələdiyyəsində tədbir keçirilmişdir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Seymur Həsənov deyib.
Sədrin
sözlərinə görə, əvvəlcə qəsəbədə Ulu Öndər
Heydər Əliyevin abidəsi və Şəhidlərin memorial kompleksi ziyarət olunmuş, əziz
xatirələri ehtiramla yad edilmişdir.
Daha sonra Badamdar Bələdiyyəsinin inzibati binasında 8
Noyabr Zəfər Gününə həsr olunmuş iclas keçirilmişdir. İclas iştirakçıları Azərbaycanın
ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik
sükutla yad etmiş, Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyəti və
xalqımızın sarsılmaz birliyi vurğulanmışdır.
Sədr qeyd edib ki, hər bir bələdiyyə üzvü və qulluqçusu şəhid və qazi ailələrinə hörmət və ehtiramla yanaşmağı özünün əsas vəzifəsi hesab edir. Bu günədək bələdiyyə tərəfindən qəsəbədə şəhidlərin əziz xatirəsini əziz tutaraq xatirə lövhələri vurulmuş, şəhidlər kompleksi yaradılmış və hər daim həmin ərazilərə xidmət göstərilir.
Rəylər
0 Rəy