Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-11-2025 , 19:01

1185

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “Hər bir bələdiyyə üzvü və qulluqçusu şəhid və qazi ailələrinə hörmət və ehtiramla yanaşmağı özünün əsas vəzifəsi hesab edir.”

8 Noyabr – Zəfər Günü münasibətilə Badamdar Bələdiyyəsində tədbir keçirilmişdir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Seymur Həsənov deyib.

Sədrin sözlərinə görə, əvvəlcə qəsəbədə  Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlərin memorial kompleksi ziyarət olunmuş, əziz xatirələri ehtiramla yad edilmişdir.

Daha sonra Badamdar Bələdiyyəsinin inzibati binasında 8 Noyabr Zəfər Gününə həsr olunmuş iclas keçirilmişdir. İclas iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyəti və xalqımızın sarsılmaz birliyi vurğulanmışdır.

Sədr qeyd edib ki, hər bir bələdiyyə üzvü və qulluqçusu şəhid və qazi ailələrinə hörmət və ehtiramla yanaşmağı özünün əsas vəzifəsi hesab edir. Bu günədək  bələdiyyə tərəfindən qəsəbədə şəhidlərin  əziz xatirəsini əziz tutaraq xatirə lövhələri vurulmuş, şəhidlər kompleksi  yaradılmış və hər daim həmin ərazilərə xidmət göstərilir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər