Nərimanov rayonunda şəhid ailəsi ziyarət olunub
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev Vətən müharibəsi şəhidi Sadıqov Səbuhinin ailəsini ziyarət ediblər.
Səbuhi
2020-ci ildə Vətən müharibəsində könüllü olaraq Azərbaycan Respublikası Xüsusi
Təyinatlı Qüvvələrində kəşfiyyatçı kimi xidmət etmişdir. Füzuli, Xocavənd,
Hadrut, Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak etmiş və
Laçında qəhrəmancasına şəhid olmuşdur. O, ölümündən sonra 3-cü dərəcəli “Vətənə
xidmətə görə” ordeni ilə tətif edilib.
Nərimanov
RİH başçısı Elgin Həbibullayev şəhidin ailə üzvlərinə başsağlığı verərək, Azərbaycanın
ərazi bütövlüyü uğrunda əzizlərini itirən şəhid ailələrinə öz ehtiramını bildirərək,
dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa ölkə rəhbərliyinin
nəzarətində olduğunu diqqətə çatdırıb.
Şəhid Səbuhi Sadıqovun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Rəylər
0 Rəy