Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-11-2025 , 19:54

1004

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nərimanov rayonunda şəhid ailəsi ziyarət olunub

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev Vətən müharibəsi şəhidi Sadıqov Səbuhinin ailəsini ziyarət ediblər.

Səbuhi 2020-ci ildə Vətən müharibəsində könüllü olaraq Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrində kəşfiyyatçı kimi xidmət etmişdir. Füzuli, Xocavənd, Hadrut, Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak etmiş və Laçında qəhrəmancasına şəhid olmuşdur. O, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.

Nərimanov RİH başçısı Elgin Həbibullayev şəhidin ailə üzvlərinə başsağlığı verərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda əzizlərini itirən şəhid ailələrinə öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu diqqətə çatdırıb.

Şəhid Səbuhi Sadıqovun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
991