Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-09-2025 , 13:17

1290

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nailə Nəsirova: “Həssas qrupa aid olan ailələrin uşaqları daim bələdiyyənin diqqət mərkəzindədir”

“15 Sentyabr - Bilik Günü ərəfəsində qəsəbənin 10 aztəminatlı şagirdinə məktəbli forması və dərs ləvazimatları təqdim edilib”- bu fikirləri Belediyye.infoya  Sabunçu rayonu Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova deyib.

Məktəbli uşaqlarla görüşdə bələdiyyə sədri  çıxış edərək bildirib ki, respublikamızda bütün uşaqlar dövlət qayğısı ilə əhatə olunur, onların sağlam böyümələri, təhsili, intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi formalaşması diqqət mərkəzində saxlanılır.

Sədr hər bir məktəblini bilik günü münasibətilə təbrik edib, şagirdlərə dərslərində uğurlar arzulayıb.

Aztəminatlı ailələrdən olan 13  şagirdə 70 manat dəyərində məktəbli geyim formaları, çanta və dərs ləvazimatları təqdim edilib.

Sədr qeyd edib ki, həssas qrupa aid olan ailələrin uşaqları daim bələdiyyənin diqqət mərkəzindədir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər